Gündəm
Rusiyanın dövlət rəsmilərinə məktub ünvanlanıb
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi Rusiya Federasiyasının prezidenti Vladimir Putinə, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Genadiy Zyuqanova, Rusiya Veteranlar Şurası Təşkilatına, "Rusiya zabitləri" Ümumrusiya ictimai təşkilatına məktub ünvanlayıb.
Azərbaycan uğurlu inkişaf yolundadır
Dünya ölkələrində, xüsusilə də, Avropa dövlətlərində baş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda əminliklə deyə bilərik ki, Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur”.
Rusiya-Türkiyə münasibətlərinin normallaşması Qarabağ probleminin həllinə təsir edəcək
“Rusiya-Türkiyə münasibətlərinin normallaşması Qarabağ probleminin həllinə hansısa formada təsir edəcək”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.
Azərbaycanda nikahdan kənar doğulan uşaqların sayı azalıb
Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı azalıb.
Bacısı qızının üzünə “kislota” tökən azərbaycanlı xala axtarılır
Rusiyanın Başqırdıstan respublikasında tükürpədici hadisə baş verib.
"İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
Son dövrlərdə bir sıra Azərbaycan idmançılarında dopinq aşkarlanması məsələsi daha çox müzakirə edilən mövzulardan biridir. Bu məsələnin Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunması da istisna edilmir.
"Trabzonspor" Qətər bankı ilə danışıqlar aparır
Türkiyənin "Trabzonspor" klubu "Qatar National Bank"la sponsorluq danışıqlarına başlayıb.
Barak Obama: "Dallasda polisə hücum əvvəlcədən planlaşdırılmışdı"
"Dallasda beş qanun keçikçisinin ölümü ilə nəticələnən polisə hücum əvvəlcədən planlaşdırılmışdı".
Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 8-də Varşavada Əfqanıstanın dövlət başçısı Məhəmməd Əşrəf Qani ilə görüşüb.
Cəbhəyanı rayonların təhsil işçiləri ilə görüş keçirilib
Tərtər Rayon Mədəniyyət Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil işçiləri ilə görüş keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin məsul əməkdaşları, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak edib.
Qazax-Kosalar yolu yenidən qurulur
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax-Kosalar avtomobil yolu yenidən qurulur. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 8 km uzunluğunda, 4-5 metr enində olan Qazax-Kosalar avtomobil yolu torpaq və çınqıl örtüklü olduğundan burda xüsusən də payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi.
Azərbaycanda itin dişlədiyi 10 yaşlı oğlan quduzluqdan ölüb
Azərbaycanda quduzluğa yoluxan 10 yaşlı oğlan ölüb. Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova APA-ya deyib ki, Salyan rayonunun Dayıkənd sakini İsmayılov Aqil İlkin oğlunu 20 gün əvvəl təhlükəli yerlərdən-baş, üz, ağzından it dişləyib.
Vaqif Dərgahlı: “Düşmən çirkin əməllərinə bəraət qazandırmaq məqsədi ilə yalan məlumatlar yayır”
"Ermənilərin iyulun 8-nə keçən gecə cəbhənin Ağdam rayonu istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin təxribat törətməsi barədə yaydığı məlumatlar düşmən tərəfinin növbəti dəfə cəbhə xəttində törətdiyi çirkin əməllərinə bəraət qazandırmaq məqsədi daşıyır".
Sarkisyan general Xaçaturovun oğlunu Qarabağa göndərdi
Xəbər verildiyi kimi, Ermənistan prezidenti Serj Sarkisyan orduda yeni yerdəyişmələr həyata keçirib. Bu, aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrində başladılan cəzalandırma və yerdəyişmə kampaniyasının davamıdır. Sarkisyanın sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin beş ordu korpusundan üçünün komandirləri dəyişib. 2-ci ordu korpusunun komandiri, general-mayor Poqos Poqosyan Müdafiə Nazirliyi Silahlanma İdarəsinin rəisi təyin olunub.
Kamran Həsənlinin bacısı dindirildi: Ölkədən çıxarkən saxlanılıb
Müğənni Samir Piriyevdən külli miqdarda pul alıb qaytarmadığı üçün dələduzluqda ittiham edilən aparıcı Kamran Həsənlinin bacısı Gülər Həsənli də istintaqa cəlb edilib.














