Bacısı qızının üzünə “kislota” tökən azərbaycanlı xala axtarılır
Rusiyanın Başqırdıstan respublikasında tükürpədici hadisə baş verib.
8 İyul 2016 14:37 DünyaRusiyanın Başqırdıstan respublikasında tükürpədici hadisə baş verib.
Rusiya KİV-i xəbər verir ki, 28 yaşlı Azərbaycan vətəndaşı Laura Babayeva 26 yaşlı bacısı qızının üstünə "kislota" tökərək onu öldürməyə cəhd edib.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının bədən səthinin 68%-nin yandığı bildirilir.
Cinayət işinin materiallarına görə, Laura Babayeva qohumuna Zaton mikrorayonundakı mənzilinin qarşısında hücum çəkib.
Hazılrda onun axtarışları davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00