Cəbhəyanı rayonların təhsil işçiləri ilə görüş keçirilib

Tərtər Rayon Mədəniyyət Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil işçiləri ilə görüş keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin məsul əməkdaşları, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak edib.

Tərtər Rayon Mədəniyyət Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil işçiləri ilə görüş keçirilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin məsul əməkdaşları, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak edib. Görüşün məqsədi bölgələrdə çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək olub. Görüşdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov müstəqillik dövründə ölkə həyatının bütün sahələrində qazanılan uğurlardan, milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçiriləsi ilə bağlı görülən işlərdən, Təhsil Nazirliyinin keçirdiyi islahatlardan danışıb. Nazir müavini təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-sagird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. Daha sonra Təhsil Nazirliyinin məsul işçiləri və Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələri Tərtər rayonunda yeni tikilən şahmat məktəbinə, Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulan məktəblərə, məktəbdənkənar təhsil müəssisələrinə baxış keçirib, mövcud vəziyyətlə, problemlərlə yerində tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00