"Trabzonspor" Qətər bankı ilə danışıqlar aparır
Türkiyənin "Trabzonspor" klubu "Qatar National Bank"la sponsorluq danışıqlarına başlayıb.
8 İyul 2016 14:33 DünyaTürkiyənin "Trabzonspor" klubu "Qatar National Bank"la sponsorluq danışıqlarına başlayıb.
"Report" xəbər verir ki, bu barədə Qaradəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qətər şirkəti "bordo-mavilər"in forma sponsoru olacaq. Tərəflər razılığa gəlsə, bankın adı formanı ön hissəsində yazılacaq.
Qeyd edək ki, "Trabzonspor" son mövsümü forma sponsoru olmadan keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00