Gündəm
Azərbaycanda insanlar daha çox nədən ölür?
Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.
Azərbaycanda hər 1000 kişiyə düşən qadınların sayı azalıb
Azərbaycanda hər 1000 nəfər kişiyə düşən qadınların sayı azalıb.
“Ailə barədə düşüncələrimizi korrektə etməliyik”
Milli dəyərlərə söykənən ailə institutuna malik Azərbaycanda boşanmaların sayının artması ciddi narahatlıq doğurur. Problemin kökü nədədir? Ailələr hansı səbəblərdən dağılır? Bu və digər suallarımızı “Gənc ailələrə dəstək” İctimai Birliyinin sədri, ilahiyyatçı, yazar Cavid Cabbarlı cavablandırır.
Ağcaqanadların sevdiyi qan qrupu
Yay xoş havası və təbiəti ilə bizi sevindirir. Bu mövsümdə müxtəlif istirahət növləri olsa da, harada dincəlməyinizdən asılı olmayaraq, kefimizə soğan doğrayan ağcaqanad və milçəklər mütləq tapılacaq. Məhz bu həşaratlar isti yay günlərində bəzi insanların gününü daha çox qara edir. Yəqin ki, çoxlarınız müşahidə etmisiniz ki, bəzi insanlar ağcaqanadların hücumuna daha çox məruz qalır. Bəziləri isə ağcaqanad sancmasından ümumiyyətlə şikayətlənmir. Bəs bunun səbəbi nədir?
Tanınmış jurnalist akademik seçilib
Azərbaycanın tanınmış publisisti və yazıçısı Tofiq Yusifov Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib.
Səngəçal istehsalat bazası yenidən qurulur
“Azərbaycan Dəmir Yolları” QSC-nin Səngəçal istehsalat bazası yenidən qurulur. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətəı istinadən verdiyi xəbərə görə, bu ilin yanvar ayında start götürən yenidənqurma işləri başa çatandan sonra burada bir deyil, iki baza fəaliyyət göstərəcək.
Azad Rəhimov Göygöldə vətəndaşlarla görüşüb
Gənclər və idman naziri Azad Rəhimov iyulun 20-də Göygöl rayonunda vətəndaşları qəbul edib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qəbulda Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir, Tovuz rayon və şəhərlərindən 40-dan artıq sakin iştirak edib. Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi, iş ilə təminat, şəxsi məsələlər və s ilə bağlı olub.
Gömrükçülər 12 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıb
Tovuz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 12 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, idarəyə daxil olan əməliyyat məlumatı əsasında “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.
Böyük güclərin növbəti inqilab oyunları
Deyəsən Qərbin ənənəvi inqilab oyununa yenidən start verilib. İnqilab oyununun sonuncu “dayanacağını2 Suriyada quran Qərb ötən müddət ərzində Dəməşqdə hərəkət edən “marşrutları” öz qrafikinə uyğunlaşdıra bilmədiyindən, indi istiqaməti dəyişmək qərarına gəlib. Əslində Suriyadakı inqilab oyununun müəyyən mənada məqsədə çatdığı da söylənilə bilər. Məqsəd İslam aləminin bu ölkəsində sabitliyi pozmaq, onu parçalamaq, çoxsaylı insan tələfatına yol açmaq və milyonlarla insanın öz doğma yurdundan didərgin düşməsinə nail olmaq idi ki, bu gün Suriyaya nəzər yetirdikdə bütün qeyd edilən mənfi tendensiyaların şahidi oluruq. Bundan sonra Suriyaya on illiklər lazım olacaq ki, ölkədə nizam-intizam, inkişaf yaradılsın. O da, bu ölkədə sabitlik, təhlükəsizlik bərpa olunacağı təqdirdə.
Əmək Nazirliyi Samuxda yeni fərdi yaşayış evlərini istifadəyə verib
Nazirlik cari ildə 215 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin edib
“Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib
Bu gün “Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
Abituriyentlərin NƏZƏRİNƏ: “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?”
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.
Cennifer Lopez yenə geyimi ilə heyrətləndirdi
Müğənni Cennifer Lopez yenidən geyimi ilə hər kəsi təəccübləndirib.
Hulusi Akarın qiyamçı yavərindən – Şok açıqlama
Baş Qərargah rəisi Hulusi Akarın yavəri, 15 iyul hərbi çevrilişinə cəhddə təqsirli bilinən polkovnik-leytenant Levent Türkqan istintaqa ifadə verib.
AMEA-nın iki institutu birləşdirilib, daha bir institutun adı dəyişdirilib
Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında” qərar verib.














