Böyük güclərin növbəti inqilab oyunları

Deyəsən Qərbin ənənəvi inqilab oyununa yenidən start verilib. İnqilab oyununun sonuncu “dayanacağını2 Suriyada quran Qərb ötən müddət ərzində Dəməşqdə hərəkət edən “marşrutları” öz qrafikinə uyğunlaşdıra bilmədiyindən, indi istiqaməti dəyişmək qərarına gəlib. Əslində Suriyadakı inqilab oyununun müəyyən mənada məqsədə çatdığı da söylənilə bilər. Məqsəd İslam aləminin bu ölkəsində sabitliyi pozmaq, onu parçalamaq, çoxsaylı insan tələfatına yol açmaq və milyonlarla insanın öz doğma yurdundan didərgin düşməsinə nail olmaq idi ki, bu gün Suriyaya nəzər yetirdikdə bütün qeyd edilən mənfi tendensiyaların şahidi oluruq. Bundan sonra Suriyaya on illiklər lazım olacaq ki, ölkədə nizam-intizam, inkişaf yaradılsın. O da, bu ölkədə sabitlik, təhlükəsizlik bərpa olunacağı təqdirdə.

Bu dəfə oyun meydanı Türkiyə və Qazaxıstandır

Deyəsən Qərbin ənənəvi inqilab oyununa yenidən start verilib. İnqilab oyununun sonuncu "dayanacağını2 Suriyada quran Qərb ötən müddət ərzində Dəməşqdə hərəkət edən "marşrutları" öz qrafikinə uyğunlaşdıra bilmədiyindən, indi istiqaməti dəyişmək qərarına gəlib. Əslində Suriyadakı inqilab oyununun müəyyən mənada məqsədə çatdığı da söylənilə bilər. Məqsəd İslam aləminin bu ölkəsində sabitliyi pozmaq, onu parçalamaq, çoxsaylı insan tələfatına yol açmaq və milyonlarla insanın öz doğma yurdundan didərgin düşməsinə nail olmaq idi ki, bu gün Suriyaya nəzər yetirdikdə bütün qeyd edilən mənfi tendensiyaların şahidi oluruq. Bundan sonra Suriyaya on illiklər lazım olacaq ki, ölkədə nizam-intizam, inkişaf yaradılsın. O da, bu ölkədə sabitlik, təhlükəsizlik bərpa olunacağı təqdirdə.

Qeyd etdiyimiz kimi, indi Qərbin inqilab oyunu daha çox Türkiyə və onun ətrafında, Orta Asiya meydanında müşahidə edilir. Bir müddət əvvəl Qazaxıstandakı hərbi bazalardan birinə edilən hücum cəhdi əslində bu ölkədə baş verə biləcək hakimiyyət çevrilişi cəhdinin anonsu idi. Görünən odur ki, son illərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nümayiş etdirdiyi qətiyyətli siyasi mövqe, bir sıra məsələlərdə Qərbin, Birləşmiş Ştatların istək və arzularının əksinə addım atması qeyd edilən güc mərkəzləri tərəfindən xoş qarşılanmayıb. Bütün bunlarla yanaşı Nazarbayevin son illərdə türkçülük, Türk dünyasının birlik və bərabərliyi, güc mərkəzinə çevrilməsi istiqamətində atdığı qətiyyətli addımlar da Qərbi ciddi narahat edən məsələlər sırasındadır. Hər zaman Türk dünyasının vahid güc mərkəzinə çevrilməsindən ehtiyatlanan Qərb bu səbəbdən Qazaxıstanda inqilab oyunu hazırlayır. Bir neçə həftə əvvəl baş verən məlum insdentdən sonra bu günlərdə yenidən Qazaxıstanda ictimai-siyasi vəziyyətin gərginləşməsi, anidən peyda olan qanunsuz silahlı birləşmələrin hakimiyyət üçün ciddi təhlükə mənbəyinə çevrilməsi prosesin arxasında xarici amillərin olduğunu açıq-aydın ortaya qoyur.

Eyni prosesləri son günlər Türkiyədə də izləməkdəyik. İyulun 15-də Türkiyədə bir qrup hərbiçinin hakimiyyət çevrilişinə cəhd göstərməsinin də arxasında xarici qüvvələrin olduğu şübhəsizdir. Çünki son illər Türkiyə hökuməti, xüsusilə prezident Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi qətiyyətli siyasi mövqe qərbdəkiləri ciddi narahat edir. Xüsusilə, məlum təyyarə olayından sonra Ankaranın Moskva ilə cavaşa girəcəyini səbrsizliklə gözləyən Qərbin bunun tam əksi olaraq Türkiyənin Rusiya ilə yaxınlaşmasını görməsi onun üçün soyuq duş effekti kimi bir şey idi. Qərbdəkilər düşünürdülər ki, Rusiyanı Türkiyənin əli ilə cəzalandırmaqla Krım məsələsinə görə Kremllə yaranmış problemə birdəfəlik son

qoyacaqlar. Ancaq proseslər heç də gözlənildiyi kimi olmadı və Qərbin Türkiyənin əli ilə Rusiyanı cəzalandırmaq planı gerçəkləşmədi. Elə bu səbəbdən Qərb indiki situasiyada Ərdoğan hakimiyyəti ilə yolları ayırmaq niyyətinə düşüb. Burada diqqəti çəkən əsas nüanslardan biri ondan ibarətdir ki, Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin fəal iştirakçılarından biri də məhz keçən ilin dekabrında Rusiyaya məxsus qırıcı təyyarəni vuran türk həbiçisi olub.

İyulun 15-də Türkiyədə baş verən hakimiyyət çevrilişinə cəhdin qarşısı alınsa da, lakin qərbdəkilərin Türkiyəni qarışdırmaq, bu ölkədə qeyri-sabit vəziyyət yaratmaq, bununla da hazırkı AKP hakimiyyətini idarəçilikldən uzaqlaşdırmaq kimi planlarının hələ də gündəmdə olduğu şübhəsizdir.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hesab edir ki, Türkiyədə baş verənlərdə Qərbin iştirakının izləri duyulmaqdadır. Partiya sədri deyib ki, ilk əlamət çevriliş gecəsi Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin bəyanatı ilə gəldi: "Vəziyyətin inkişafını proqnozlaşdırmaq asan olmadığı bir zamanda, dövlət katibi üsyançıları bəyanatında tərəf kimi tanımışdı. WikiLeaks-in də Türkiyəyə dair qəflətən sənədləri dövriyyəyə buraxması da təsadüfi hadisə sayılmamalıdır. Aparılan araşdırma işləri İncirlik Hava bazasına, Brüsseldə fəaliyyət göstərən NATO-nun mənzil qərargahına bağlı hərbi elita yetkililərinin işə bulaşması baş vermiş olayda Qərb izini ortaya qoyur. Türkiyənin daxili siyasi dəngəsinə baş vurmadan Türkiyə-Dünya münasibətlərinə bir müstəvidə qiymət vermək istərdim. Bu seqmenti digər amillərlə ağırlaşdırmadan sadə baxış daha çox görüntü yarada bilər". Əli Əliyevin sözlərinə görə, dünyanın güc qütbləri güclü müsəlman və Türk dövləti görmək istəmirlər: "Belə cəlbedici qurum milyard yarımlıq İslam və 400 milyonluq Türk dünyasının lokomotivi ola bilər. Türkiyəyə qarşı törədilən işlər bu potensialdan qaynaqlanır. Paralel dövləti və orduya nəzarəti itirdikdən, maliyyə boyunduruğunu Türkiyənin boğazına sala bilmədikdən, etnik savaşı uduzduqdan sonra, Qərb qardaş Cümhuriyyətə qarşı çevriliş cəhdindən başqa vasitə ayarlaya bilmədi. Çünki Türkiyə durdurulmasa İslam dirçələcək, vəhdətə qovuşacaq, Türk dünyası inkişaf edəcək- bunu isə bütün dünya qütbləri istəmirlər". Vətəndaş və İnkişaf Partiyasının sədri qeyd edib ki, sekulyar və ya dini baxışlara malik olmağımızdan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsi münasibətimizdən asılı olmayaraq qardaş ölkə ətrafında baş verənlərə daha yüksək nöqtədən, fərqli baxış acısından qiymət verməliyik: "Rəcəb Tayyib Ərdoğan daimi deyil. Lakin onun etmək istədiklərinin maraqlarımıza uyğunluğu ölçüldükdə, faydalı işlərin daha çox olduğu üzə çıxır. Heç bir lider ideal, hərəkətləri qüsursuz deyil. Siyasi addımlar yaxşının ziyana nisbəti ilə ölçülməlidir. Biz azərbaycanlılar Türkiyənin ayaqda olmasına hər vəhclə çalışmalı, xalqının siyasi iradəsinə sayğı nümayiş etdirməliyik".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00