Azərbaycanda hər 1000 kişiyə düşən qadınların sayı azalıb

Azərbaycanda hər 1000 nəfər kişiyə düşən qadınların sayı azalıb.

Azərbaycanda hər 1000 nəfər kişiyə düşən qadınların sayı azalıb.

Dövlət Statistika Komitəsi bildirir ki, 2014-cü ildə (əhalinin sayı 9 477,1 min) hər 1000 nəfər kişiyə 1 011, 2015-ci ildə (əhalinin sayı 9 593,0) 1 009, 2016-cı ildə (əhalinin sayı 9 705,6 nəfər) 1 007 qadın düşüb.

Ölkədə yaşı 25-dək olan olan hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1000-dən az olsa da, 25 yaşdan sonra bu vəziyyət dəyişir və hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1000-i ötür.

Statistik məlumatlardan məlum olur ki, son 3 ildə hər 1000 nəfər kişiyə düşən qadınların sayının azalması halları əsasən, 15-29 yaş arasında olan kişilər arasında təsadüf olunur. 2014-cü ildə 15-19 yaşlı hər 1000 kişiyə 913, 2015-ci ildə 905, 2016-cı ildə 898 qadın düşüb.

20-24 yaş arasında hər 1000 nəfər kişiyə düşən qadınların sayı 2014-cü ildə 976 nəfər, 2015-ci ildə 957 nəfər, 2016-cı ildə 940 nəfər olub.

25-29 yaş arasında hər 1000 nəfər kişiyə düşən qadınların sayı 2014-cü ildə 1 023 nəfər, 2015-ci ildə 1 021 nəfər, 2016-cı ildə 1 016 nəfər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00