Səngəçal istehsalat bazası yenidən qurulur

“Azərbaycan Dəmir Yolları” QSC-nin Səngəçal istehsalat bazası yenidən qurulur. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətəı istinadən verdiyi xəbərə görə, bu ilin yanvar ayında start götürən yenidənqurma işləri başa çatandan sonra burada bir deyil, iki baza fəaliyyət göstərəcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Səngəçal istehsalat bazası yenidən qurulur. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətəı istinadən verdiyi xəbərə görə, bu ilin yanvar ayında start götürən yenidənqurma işləri başa çatandan sonra burada bir deyil, iki baza fəaliyyət göstərəcək. Mart ayının ikinci yarısında köhnə bazanın yenidənqurulması tamamlanmış və ikinci bazanın tikintisinə başlanıb. Birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülüb və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Ən əsas yeniliklərdən biri də budur ki, Səngəçal istehsalat bazasının ərazisidə yoldəyşən qurğuların yığılması üçün yeni meydança tikilib. Bu, Azərbaycan Dəmir Yolunun tarixində ilk dəfədir. Ərazidə köhnə inzibati bina sökülmüş, yeni ikimərtəbəli inzibati binanın və texnikalar üçün nəzərdə tutulan anqarın tikintisinə başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00