Gündəm
Fransa terrorunda neçə müsəlman öldü?
Fransa polisi Nitsa terrorunda ölənlərin hamısının şəxsiyyətini müəyyən edib.
Türkiyə səfiri Avstriya XİN-ə çağırıldı
Avstriya hökuməti Vyanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərlə əlaqədar Türkiyənin ölkədəki səfirindən izahat tələb edib.
Qafqaz Universiteti Elmar Qasımova təhvil verildi
Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova təhvil verilib.
Türkiyədə məşhurlar küçədə gecələyir
Türkiyənin bəzi məşhur simaları Taksim meydanında gecələyib.
Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, yağmursuz olacaq.
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib
Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.
AVCİYA Ağ Evə ünvanlanmış petisiya layihəsi ilə bağlı keçirilən müsabiqənin qaliblərini mükafatlandırıb
“Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsi ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.
Siyavuş Novruzov: Azərbaycanda mətbuata kifayət qədər dəstək göstərilir
Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında 22 iyul Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
Qızını qətlə yetirməkdə şübhəli bilinən ata həbs olunub
Ağdam rayon sakini Aygün Cabbarovanı qətlə yetirməkdə şübhəli bilinən atası Nəsib Cabbarov tutulub.
TQDK xəbərdarlıq etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanlara xəbərdarlıq edib.
Millət vəkili: "Dəyişikliklərlə daha böyük uğurların əldə olunması hədəflənib"
"Azərbaycan dövləti sürətlə inkişaf, beynəlxalq aləmə inteqrasiya edir, ölkə qanunvericiliyi təkmilləşdirilir, vətəndaşların sosial şərtləri dəyişir. Ona görə də Konstitusiyada da dəyişikliklər etmək zərurəti yaranır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.
"Çevriliş cəhdi heç zaman mümkün olmayacaq"
“Türkiyədə baş verən məlum hadisələri türk əsgərinin Rəcəb Tayyib Ərdoğanı devirmək cəhdi kimi qələmə vermək düz olmazdı. Çünki qiyam vaxtı hərbçilərin çoxu ya aktiv iştirakdan imtina etmiş, ya da gözləmə mövqeyində olublar. Hətta hərbçilərin böyük bir hissəsi Ərdoğanın yanında olaraq qiyamın yatırılmasında iştirak ediblər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Hərbi ekspert: "Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq daha da dərinləşir"
“Azərbaycanla Türkiyə hərtərəfli əməkdaşlıq edir. Hazırda iki ölkə arasındakı hərbi əməkdaşlıq daha da dərinləşir. Öncələr də NATO-nun Sülh Naminə və Fərdi Tərəfdaşlıq Proqramlarına uyğun olaraq Azərbaycanın bir bölüyü qardaş Türkiyə taborunun tərkibində Kosova və Əfqanıstanda sülhyaratma proseslərində iştirak edib”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.
Politoloq: "Ermənistanda baş verənləri öz elitası hazırlayıb"
“Ermənistandakı ixtişaşlarda dövlət çevrilişi olması inandırıcı görünmür. Fikrimcə, orada baş verən hadisələri Ermənistanın elitası hazırlayıb. Onlar həm Sarkisyanı istəmirlər, həm də Dağlıq Qarabağ münaqişəsinin danışıqlarını pozmaq niyyətindədirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.














