Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, yağmursuz olacaq.

İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-26 dərəcə isti, gündüz 32-36 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə isti, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz, akin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 17-22 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 22-23-də Abşeron yarımadasında güclü küləyin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, xəzri küləyi fonunda havanın temperaturunun tədricən enməsi müsbət amildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00