Qızını qətlə yetirməkdə şübhəli bilinən ata həbs olunub

Ağdam rayon sakini Aygün Cabbarovanı qətlə yetirməkdə şübhəli bilinən atası Nəsib Cabbarov tutulub.

Ağdam rayon sakini Aygün Cabbarovanı qətlə yetirməkdə şübhəli bilinən atası Nəsib Cabbarov tutulub.

Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, iyulun 20-də Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31