Türkiyə səfiri Avstriya XİN-ə çağırıldı

Avstriya hökuməti Vyanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərlə əlaqədar Türkiyənin ölkədəki səfirindən izahat tələb edib.

Avstriya hökuməti Vyanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərlə əlaqədar Türkiyənin ölkədəki səfirindən izahat tələb edib.

Report bildirir ki, bu barədə BBC məlumat yayıb.

Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ORF radiostansiyasına müsahibəsində bildirib ki, Türkiyə səfiri Vyanada dövlət çevrilişinə cəhddən sonra R.T.Ərdoğana dəstək məqsədilə keçirilən böyük aksiyanın rəsmi İstanbulun çağırışı ilə olub-olmadığını izah etməli olacaq.

"Bizdə Vyanada Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərin birbaşa Türkiyədən təşkil olunmasına dair sübutlar var... Bu, tamamilə yolverilməzdir və biz etirazımızı bildirmək istəyirik", - deyə S.Kurts bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00