Gündəm

Nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

21 İyul 2016 15:11

ARGTMŞ-ın Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə Azərbaycan-Koreya Gənclər Mübadiləsi Proqramı çərçivəsində ölkəmizi təmsil edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti tərkibində Koreyada səfərdə olub.

Qafqaz Universitetinin yeni rektoru: "Bütün fakültələr olduğu kimi qalacaq"

21 İyul 2016 15:02

Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilən Qafqaz Universitetində keçirilən tədbirdə Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xalik Məmmədov Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu Qafqaz Universitetinin kollektivinə təqdim edib.

MTRŞ: Türkiyədə qapadılan kanallar Azərbaycanın kabel yayımçılarının siyahısında yoxdur

21 İyul 2016 14:59

 Türkiyə Radio və Televiziyası Ali Şurası (RTÜK) tərəfindən lisenziyası ləğv edilən kanalların heç biri Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının siyahısında yoxdur. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

İstanbulda "Satqınlar qəbiristanlığı" açılır

21 İyul 2016 14:58

İstanbul şəhərinin kənarında iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd edib hələ də sağ qalanlara ayrıca qəbiristanlıq üçün torpaq sahəsi ayrılacaq.

Sumqayıtda notariat kontoru yanıb

21 İyul 2016 14:56

Sumqayıt şəhərində fəaliyyət göstərən notariat kontorunda yanğın baş verib.

İnzibati binada yanğın olub

21 İyul 2016 14:55

Tərtər rayonunda inzibati binada yanğın baş verib.

UNEC-də elmi seminar keçirilib

21 İyul 2016 14:54

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi seminar keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, seminar, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilib.

Anqola nümayənədə heyəti SOCAR-da olub

21 İyul 2016 14:52

İyulun 21-də SOCAR-ın prezindeti Rövnəq Abdullayev Anqolanın “Sonangol Hidrocarbonetos İnternacional” şirkətinin prezidenti və baş icraçı direktoru Frederiko Ferraz Dominqosu və həmin şirkətin baş icraçı direktorunun müavini xanım Filomena Santos Oliveiranı qəbul edib.

"Onlar insanları Allahla aldatdılar..." -Necati Şaşmaz

21 İyul 2016 14:47

"Kurtlar Vadisi" serialının "Polat Alemdar"ı Necati Şaşmaz Taksim meydanında insanlar qarşısında çıxış edib.

Messi ilə foto çəkdirmək üçün maraqlı üsula əl atdı

21 İyul 2016 14:45

İbizada tətil edən futbolçu Lionel Messi gözlənilməz hadisə ilə qarşılaşıb.

Əfqanıstanda azı 119 silahlı məhv edilib

21 İyul 2016 14:43

Əfqanıstan Silahlı Qüvvələri son günlər ərzində azı 119 silahlını məhv edib.

Azərbaycanlı iş adamının sürücüsünün qatili tapıldı

21 İyul 2016 14:36

Moskvadakı "Şeş-beş" restoranlar şəbəkəsinin sahibi Qeys Məmmədovun sürücüsünün öldürülməsinə görə Moskvada yerləşən Osetiya cəmiyyətinin rəhbəri Valeriy Kabolov və onun oğlu 24 yaşlı İnal saxlanılıb.

Müəllimləri ən çox maraqlandıran sualın CAVABI

21 İyul 2016 14:32

Diaqnostik qiymətləndirilmədən keçən müəllim iş yerini diaqnostik qiymətləndirmə keçirilməyən rayona dəyişibsə, onun maaşı köhnə qaydada hesablanacaq.

Yerevanda iğtişaş törədən 16 nəfər haqda cinayət işi açıldı

21 İyul 2016 14:28

Ermənistanın paytaxtı Yerevanda ötən gecə baş verən kütləvi iğtişaş zamanı saxlanılan 16 nəfər barəsində cinayət işi açılıb.

4 min alim işindən qovuldu: MİT dekanları sorğuya ÇƏKƏCƏK

21 İyul 2016 14:25

Türkiyə Ali Təhsil Şurası (Yüksek Öyretim Kurulu) ölkənin dövlət universitetlərində çalışan 4 000 alimi vəzifəsindən uzaqlaşdırmaq haqqında qərar verib.