Nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
ARGTMŞ-ın Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə Azərbaycan-Koreya Gənclər Mübadiləsi Proqramı çərçivəsində ölkəmizi təmsil edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti tərkibində Koreyada səfərdə olub.
21 İyul 2016 15:11 SosialARGTMŞ-ın Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə Azərbaycan-Koreya Gənclər Mübadiləsi Proqramı çərçivəsində ölkəmizi təmsil edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti tərkibində Koreyada səfərdə olub. "OLAYLAR"-ın xəbərinə görə, səfər çərçivəsində gənclər Koreyanın paytaxtı Seul və Dyecon, Pyentok şəhərlərində olublar. Səfər Azərbaycan və Koreya Respublikasının gənclər şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi məqsədilə həyata keçirilib. Səfər çərçivəsində iştirakçılar Koreyanın dövlət rəsmiləri ilə keçirilən görüşlərdə iştirak edib, iki ölkə arasında gənclər siyasətini və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Səfər müddətində, həmçinin Koreya Respublikasının mədəniyyət, tarix abidələri, elm və texnologiya mərkəzləri və bir sıra universitetləri ziyarət edilib. Daha sonra, nümayəndə heyətimiz tərəfindən beynəlxalq platformada ölkəmiz haqqında təqdimat keçirilib. Təqdimat zamanı ölkəmizdə olan gənclər siyasəti, təhsil sistemi və xüsusilə Dağlıq Qarabağ məsələsi gənclərin diqqətinə çatdırılmışdır. Qeyd edək ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi, həmçinin, Koreya Respublikası Qadın və Ailə Nazirliyi ilə görüş baş tutub.