Anqola nümayənədə heyəti SOCAR-da olub
İyulun 21-də SOCAR-ın prezindeti Rövnəq Abdullayev Anqolanın “Sonangol Hidrocarbonetos İnternacional” şirkətinin prezidenti və baş icraçı direktoru Frederiko Ferraz Dominqosu və həmin şirkətin baş icraçı direktorunun müavini xanım Filomena Santos Oliveiranı qəbul edib.
21 İyul 2016 14:52 Sosialİyulun 21-də SOCAR-ın prezindeti Rövnəq Abdullayev Anqolanın "Sonangol Hidrocarbonetos İnternacional" şirkətinin prezidenti və baş icraçı direktoru Frederiko Ferraz Dominqosu və həmin şirkətin baş icraçı direktorunun müavini xanım Filomena Santos Oliveiranı qəbul edib. "OLAYLAR"-ın məlumatına görə, qonaqları səmimi salamlayan Rövnəq Abdullayev onlara SOCAR-ın inkişaf tarixi, statusu, əsas fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Səmimi qonaqpərvərlik və qəbul üçün təşəkkürünü bildirən Frederiko Ferraz Dominqos vaxtilə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye İnstitutu) təhsil aldığını qeyd edərək, yenidən Bakıda olmağından böyük məmnunluq duyduğunu söyləyib.. O, aradan keçən 20 ildən artıq bir müddətdə Bakının tanınmaz dərəcədə dəyişib gözəlləşdiyini, əsl Avropa şəhərinə çevrildiyini vurğulayıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanda beynəlxalq şirkətlərin fəaliyyəti üçün geniş imkanlar yaradıldığını, əlverişli investisiya şəraitinin mövcud olduğunu qeyd edərək, SOCAR-ın bir sıra regional və qlobal miqyaslı layihələr çərçivəsində dünyanın aparıcı neft-qaz şirkətləri ilə səmərəli əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın Azərbaycanın iqtisadi maraqlarına uğurla xidmət etdiyini bildirib. SOCAR prezidenti Anqola şirkəti ilə əməkdaşlıq perspektivlərinin ölkələr arasında münasibətlərin inkişafına böyük töhfə verə biləcəyini deyib.