UNEC-də elmi seminar keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi seminar keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, seminar, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilib.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi seminar keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, seminar, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilib. UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə, onun tapşırıq və tövsiyələrinə xüsusi diqqət çəkərək, qeyd olunan müddətdə əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, dünyada, o cümlədən Avropa ölkələrində cərəyan edən iqtisadi böhrana, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxlayıb. Ötən 6 ayda alınan statistik göstəricilər də bunu deməyə əsas verir. Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Rövşən Quliyev, Texnologiya Transfer Mərkəzinin direktoru Aydın Hüseynov, baş elmi işçilər Elman İbişov və Salman Nəcəf 2016-cı ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının mövcud durumu və meylləri haqqında danışaraq və təkliflərini səsləndiriblər. Bildirilib ki, qlobal böhran şəraitində dünya bazarlarında neftin ucuzlaşması baş verib. Nəticədə ölkəyə daxil

olan valyuta axını azalıb. Problemi həll etmək məqsədilə qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatı, emal sənayesi və xidmət sferasının inkişafı vacib şərtlərdəndir. UNEC iqtisadçıları turizm sektoru, kənd təsərüfatında pambıqçılıq, tütünçülük və baramaçılığın prioritet seçilməsinin əhəmiyyətini xüsusi qeyd ediblər. Bildirilib ki, bu sahələrə diqqəti artırmaq gələcəkdə ölkəyə valyuta axınını təmin etməyə imkan yaradacaq. Bunun üçün ölkədə hər cür potensialın olduğu qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00