Gündəm

Sənaye məhsulu istehsalı artıb

11 Avqust 2016 16:21

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-iyul aylarında 17,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Ərzaq məhsullarının qiyməti 12 faiz artıb

11 Avqust 2016 16:20

2016-cı ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,7 faiz bahalaşmışdır.

Ermənistandan Türkiyəyə “VETO”: "Qarabağ..."

11 Avqust 2016 16:18

Ermənistan tərəfi Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik etməsini istəmir.

Azərbaycan 163 ölkə ilə ticarət əlaqəsi qurub

11 Avqust 2016 16:17

2016-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 163 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 154 ölkədən idxal olunmuşdur.

Sibel Can ilk dəfə rep oxudu

11 Avqust 2016 16:14

Müğənni Sibel Can İstanbulda konsert proqramı ilə çıxış edib.

Ronaldo yanğından zərərçəkənlərə yardım edəcək

11 Avqust 2016 16:12

Kriştianu Ronaldonun anadan olduğu Madeyra adası 4 gündür meşə yanğınları ilə üz-üz qalıb. Güclü külək təbii fəlakətin qarşısını almağa mane olduğundan alov bir sıra yaşayış evlərini də yarasız hala salıb, 3 nəfər həlak olub.

TQDK ali məktəb tələbəsi olanların adlarını sabah açıqlayacaq

11 Avqust 2016 16:08

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi ötən gecə başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, 38 117 abituriyent qəbul olunmaq istədiyi ixtisasları elektron ərizəsinə daxil edərək təsdiqləyib. 440 abituriyent isə ixtisas seçimi etməsinə baxmayaraq, ərizəsini təsdiq etməməklə tələbə olmaq istəməyib. İndi bütün gözlər TQDK-ya yönəlib. Hamı gözləyir ki, ali məktəblərə yerləşdirmənin nəticələri nə vaxt açıqlanacaq?

Azərbaycanda isti hava şəraiti avqustun 15-dək davam edəcək - XƏBƏRDARLIQ

11 Avqust 2016 16:04

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.

Çində kimya zavodunda partlayış olub, 21 nəfər ölüb

11 Avqust 2016 16:02

Çinin Xubey əyalətinin Danyan şəhərindəki kimyəvi məhsul istehsal edən zavodda baş verən partlayış nəticəsində azı 21 nəfər ölüb.

PKK bir ailəni yox etdi

11 Avqust 2016 15:57

PKK terror təşkilatı Diyarbəkirdə bir ailədən 5 nəfəri öldürüb.

Nazirlik: İçlik vərəqələri Azərbaycan dilində olmayan dərmanlara rast gəlinir

11 Avqust 2016 15:55

Hazırda dərman bazarında içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarına rast gəlinir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM)APA-nın sorğusuna cavab olaraq bildirilib ki, içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəmizə idxalı tam dayandırılmayıb.

Ərdoğan: "Türkiyə Rusiyaya "Türk axını" layihəsinin xərclərini yarıbayarı ödəməyi təklif edib"

11 Avqust 2016 15:54

Türkiyə Rusiyaya "Türk axını" layihəsi üzrə boru kəməri çəkilişi xərcələrini yarıbayarı ödəməyi təklif edib.

Üçüncü dəfə ana oldu, oğluna Rafael adını qoydu

11 Avqust 2016 15:52

Rusiyalı müğənni Alsu üçüncü dəfə ana olub. 

Millət vəkili: “Bütün iqtisadi layihələrin mərkəzi ölkəmiz olacaq”

11 Avqust 2016 15:45

“Qloballaşan dünyada tək yaşmaq və inkişaf etmək qeyri-mümkündür. Ona görə də dünya ölkələrinə inteqrasiya olunmaq və siyasi- iqtisadi arenalarda əməkdaşlıq etmək vacibdir. Azərbaycanın yerləşdiyi coğrafiya da ilk növbədə qonşu ölkələrlə  hər bir sahədə əməkdaşlıq etməyə imkan verir. Həm ikitərəfli , həm də üçtərəfli əməkdaşlıq ilk növbədə ölkəmizin daha da inkişafına və möhkəmlənməsinə xidmət edəcək”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Neftçala sakinindən 1,5 qram heroin götürülüb

11 Avqust 2016 15:44

Naftşala rayon sakinində xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Yardımlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini Samir Quliyevdən 1 kiloqram 5 qram heroin götürülüb.