Ronaldo yanğından zərərçəkənlərə yardım edəcək
Kriştianu Ronaldonun anadan olduğu Madeyra adası 4 gündür meşə yanğınları ilə üz-üz qalıb. Güclü külək təbii fəlakətin qarşısını almağa mane olduğundan alov bir sıra yaşayış evlərini də yarasız hala salıb, 3 nəfər həlak olub.
11 Avqust 2016 16:12 İdmanKriştianu Ronaldonun anadan olduğu Madeyra adası 4 gündür meşə yanğınları ilə üz-üz qalıb. Güclü külək təbii fəlakətin qarşısını almağa mane olduğundan alov bir sıra yaşayış evlərini də yarasız hala salıb, 3 nəfər həlak olub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu doğma şəhəri Funşalda yanğından zərərçəkənlərə maddi yardım etməyə hazırdır. Ronaldo bu barədə Madeyranın rəhbəri Miqel Albukerke ilə danışıb və köməyini təklif edib. Nə qədər məbləğdən söhbət getdiyi məlum deyil.
"Madeyrada olanlar məni çox kədərləndirir. Hər kəsə güclü olmağı arzulayıram. Başqalarını xilas etmək üçün həyatını riskə atan yanğınsöndürənlərə təşəkkür edirəm. Mən sizinləyəm", - Ronaldo İnstaqram-da yazıb.