Gündəm

3 avtomobil oğurlayan şəxs yaxalanıb

11 Avqust 2016 15:43

Bakıda avtomobil qaçıram şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də Səbail rayonu ərazisindən Rövşən Ələkbərova məxsus “VAZ-2101” markalı və Sabunçu rayonu ərazisindən Vaqif Cavadova məxsus “VAZ-2107” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini Elton Zeyniyev tutulub.

Evdən 30 min manatlıq qızıl apardı

11 Avqust 2016 15:42

Avqustun 7-də Bakı şəhər sakini Rza Qurbanovun evindən 30.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini Əfqan Hüseynov tutulub. Araşdırma aparılır. 

Su borusu oğurlayanlar tutulub

11 Avqust 2016 15:41

Avqustun 10-da Şəki rayonunun Baş Şabalıd kənd sakinləri Məkkə Məmmədovaya və Bənam İsmayılovaya məxsus həyətyanı sahələrdən ümumilikdə 148 metr su borusu oğurlanıb DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - həmkəndliləri Bəkir Bəkirov və Adil Səmədov saxlanılıblar.

Mağazadan oğurluq edən saxlanıb

11 Avqust 2016 15:40

Şəkidə oöurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də şəhər sakini Məhəbbət Abdullayevaya məxsus mağazadan 700 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi Şaban Abdulhəşimov tutulubAraşdırma aparılır. 

Hərbi Prokurorluq məlumat yaydı

11 Avqust 2016 15:39

Azərbaycan Respublikası Hərbi Prokurorluğu Hərbi Prokurorluğunun sabiq əməkdaşı Vüqar Məmmədlinin həbs olunması barədə yayılmış xəbərlərlə əlaqədar məlumat yayıb.

Vətən yolunda şəhid olanlar ölmürlər

11 Avqust 2016 15:38

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Vətənin müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Azad və müstəqil olmayan vətəndə azad vətəndaş ola bilməz.

Bu il Azərbaycanda üç nəfər quduzluqdan ölüb

11 Avqust 2016 15:34

Bu ilin 6 ayı ərzində Azərbaycanda 8 min nəfəri müxtəlif heyvanlar dişləyib.

Qubada süd mağazası yanıb

11 Avqust 2016 15:32

Quba rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan süd məhsulları mağazasında yanğın baş verib.

İqtisadiyyat naziri Sabirabadda vətəndaşları qəbul edəcək

11 Avqust 2016 15:31

Avqustun 12-də iqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda Şirvan, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Türkiyə səfiri: "Ankara Əsədin danışıqlarda iştirak etməsini istəyir"

11 Avqust 2016 15:30

"Ankara Suriya ilə bağlı danışıqlar prosesində hazırki ölkə rəhbərliyinin iştirakının mümkün olduğunu hesab edir".

Bu il baş verən qida zəhərlənmələrinin sayı açıqlanıb

11 Avqust 2016 15:28

2016-cı ilin 7 ayı ərzində ölkədə baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb.

Bakıda Əfqanıstan vətəndaşı avtomobil qəzası törədib: 5 yaralı

11 Avqust 2016 15:26

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

​"Eurovision-2016" mahnı müsabiqəsinin qalibi İstanbulda konsert verəcək

11 Avqust 2016 15:24

Krımlı müğənni Camala Türkiyədə son hadisələr zamanı demokratiya uğrunda şəhid olanların xatirəsinə konsert verəcək.

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

11 Avqust 2016 15:15

Azərbaycan Prezidenti İlham Əliyevavqustun 11-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib.

Ermənistan KİV: Sarkisyan Nalbandyanı istefaya göndərir

11 Avqust 2016 15:12

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan vəzifəsindən uzaqlaşdırıla bilər.