Qubada süd mağazası yanıb
Quba rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan süd məhsulları mağazasında yanğın baş verib.
11 Avqust 2016 15:32 SosialQuba rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan süd məhsulları mağazasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məklumata görə, nəticədə lambirdən ibarət tavanı 6 m² sahədə və içərisində yığılmış süd məhsulları 3 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31