Gündəm
Türkiyədə qiyam: Lavrov Qərbi riyakarlıqda suçladı
Qərb Türkiyə çevrilişində ikili standart nümayiş etdirdi.
PKK-çıdan şok etiraf: “Çevrilişdən sonra…”
Avqustun sonlarında Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda hərbçilərə təslim olan PKK üzvü sensasiyalı açıqlama verib.
Lənkəran MDB-nin populyar turizm məkanlarının beşliyində
RoomGuru.ru hotel axtarış servisi Rusiya vətəndaşlarının MDB ölkələrində istirahəti barədə məlumatları yekunlaşdırıb. “OLAYLAR”-ın xəbərinə görə, reytinq cədvəli 2016-cı il iyunun 1-dən avqustun 31-dək mehmanxana və apartamentlər axtarışı və bronlanması barədə məlumatlara əsasən tərtib edilib. MDB-nin populyar turizm məkanlarının ilk beşliyinə Lənkəran da daxildir. Servis bildirir ki, bu il yayda rusiyalıların MDB ölkələrinə səyahətlərinin sayı keçən ilin yayı ilə müqayisədə 10 faiz artıb, turistlərin səyahət xərcləri isə orta hesabla sutkada 3,6 min rubl (55 dollar) olub. Lənkərana orta hesabla bir həftəliyə gələn rusiyalı turistlər əsasən Sankt-Peterburqdan və Moskvadan olublar.
Güclü sel Quba-Xınalıq yolunda ciddi fəsadlar törədib
Qubaya yağan aramsız yağışlar nəticəsində Quba-Xınalıq yolunun 29-cu kilometrliyində Qudyalçay üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb, körpünün istinad divarları zədələnib.
Azərbaycan filmi “Kinoşok” beynəlxalq film festivalında
Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 25-ci “Kinoşok” (Киношок) beynəlxalq film festivalının “KinoMalıŞok”(КиноМалыШок) müsabiqə proqramında yer alıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, MDB ölkələri, Latviya, Litva və Estoniyanın iştirak etdiyi festival 3-10 sentyabr tarixlərində Rusiyada keçiriləcək. Festival çərçivəsində filmimiz Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdiriləcək.
AŞPA referendum üçün Bakıya müşahidəçilər göndərəcək
“26 sentyabrda Ümumxalq səsverməsini (referendum) izləmək üçün Avropa Şurasına və Avropa Şurası Parlament Assambleyasına (AŞPA) Azərbaycan tərəfindən dəvət məktubu göndərilib”. Bu barədə deputat Asim Mollazadə məlumat verib. Deputat bildirib ki, referendumda iştirak edəcək AŞPA parlamentariləri müşahidəçi statusda olacaq: “Azərbaycana gələcək AŞPA deputatları referendumda müşahidəçi olacaqlar. Referendumu müşahidə üçün digər Avropa dövlətlərinin parlamentlərindən də deputatlar gələcək”. Asim Mollazadə Amerika və İsraildən deputatların referendumu izləyəcəkləri barədə hələ ki dəqiq məlumatın olmadığını deyib.
Avtoqəzada bir nəfər ölüb, digəri yaralanıb
DİN-dən verilən məlumata görə, sentyabrın 2-də saat 01 radələrində Qobustan rayonunun Bədəlli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı divara vurub. Sürücü hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Avtomobilin vurduğu piyada hadisə yerində ölüb
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, sentyabrın 1-də saat 23 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Murad Əliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Fariz Həsənovu vurub. Piyada hadisə yerində ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Akumlyator oğrusunun cibindən heroin çıxdı
Sentyabrın 1-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Azər Feyzullayevə məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Ramil Abdullayev tutulub. Ətrafında aparılan araşdırma zamanı ondan 1,260 qr heroin götürülüb.
Bakı sakininin 175 manat pulunu alanlar saxlanıb
Bakıda quldurluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Nəsrəddin Qasımovun 175 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinənlər - paytaxt sakinləri Orxan Qəhrəmanov və Elnur Səfərov tutulublar.
Yevlax sakinindən 130 kq çətənə götürülüb
Yevlax rayon sakininin həyətində 61 ədəd çətənə kolu aşkar edilib. DİN-dən verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Havarlı kənd sakini Elçin Şərifzadəyə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 129 kiloqram 900 qram olan 61 ədəd çətənə kolu götürülüb.
Sürücünün cəsədi avtomobildən çıxarılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 100-cü kilometrliyində “VAZ" markalı minik avtomobili yolun kənarında qazılmış xəndəyə aşıb.
Xaçmazda yağan leysan 3 nəfəri köməksiz vəziyyətdə qoyub
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Niyazoba kəndində yağan leysan yağışları nəticəsində həyətyanı sahəni su basması və 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Evdən başlayan yanğın qaraja və maşına keçdi
Ağcabədi rayonu, Mehrablı kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 70 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 28 m2 olan qarajın yanar konstruksiyaları və qarajda olan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
“Check-up” müayinədən keçmək daha da asanlaşdı
Vətəndaşlara sosial xidmətin daha effektiv və operativ təşkil olunması üçün geniş şərait yaradıldığı nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN xidmət mərkəzlərində “Check-up” müayinələrə başlanılacaq.














