Avtoqəzada bir nəfər ölüb, digəri yaralanıb
DİN-dən verilən məlumata görə, sentyabrın 2-də saat 01 radələrində Qobustan rayonunun Bədəlli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı divara vurub. Sürücü hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
2 Sentyabr 2016 14:35 KriminalDİN-dən verilən məlumata görə, sentyabrın 2-də saat 01 radələrində Qobustan rayonunun Bədəlli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı divara vurub. Sürücü hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Həmin gün saat 01 radələrində Şirvan şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Füzuli Nəcəfov vurulub və o, xəstəxanaya yerləşdirilib. Şirvan RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.