Evdən başlayan yanğın qaraja və maşına keçdi
Ağcabədi rayonu, Mehrablı kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 70 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 28 m2 olan qarajın yanar konstruksiyaları və qarajda olan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2 Sentyabr 2016 14:27 SosialAğcabədi rayonu, Mehrablı kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 70 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 28 m2 olan qarajın yanar konstruksiyaları və qarajda olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.