AŞPA referendum üçün Bakıya müşahidəçilər göndərəcək

“26 sentyabrda Ümumxalq səsverməsini (referendum) izləmək üçün Avropa Şurasına və Avropa Şurası Parlament Assambleyasına (AŞPA) Azərbaycan tərəfindən dəvət məktubu göndərilib”. Bu barədə deputat Asim Mollazadə məlumat verib. Deputat bildirib ki, referendumda iştirak edəcək AŞPA parlamentariləri müşahidəçi statusda olacaq: “Azərbaycana gələcək AŞPA deputatları referendumda müşahidəçi olacaqlar. Referendumu müşahidə üçün digər Avropa dövlətlərinin parlamentlərindən də deputatlar gələcək”. Asim Mollazadə Amerika və İsraildən deputatların referendumu izləyəcəkləri barədə hələ ki dəqiq məlumatın olmadığını deyib.

"26 sentyabrda Ümumxalq səsverməsini (referendum) izləmək üçün Avropa Şurasına və Avropa Şurası Parlament Assambleyasına (AŞPA) Azərbaycan tərəfindən dəvət məktubu göndərilib". Bu barədə deputat Asim Mollazadə məlumat verib. Deputat bildirib ki, referendumda iştirak edəcək AŞPA parlamentariləri müşahidəçi statusda olacaq: "Azərbaycana gələcək AŞPA deputatları referendumda müşahidəçi olacaqlar. Referendumu müşahidə üçün digər Avropa dövlətlərinin parlamentlərindən də deputatlar gələcək".
Asim Mollazadə Amerika və İsraildən deputatların referendumu izləyəcəkləri barədə hələ ki dəqiq məlumatın olmadığını deyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31