Güclü sel Quba-Xınalıq yolunda ciddi fəsadlar törədib

Qubaya yağan aramsız yağışlar nəticəsində Quba-Xınalıq yolunun 29-cu kilometrliyində Qudyalçay üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb, körpünün istinad divarları zədələnib.

Qubaya yağan aramsız yağışlar nəticəsində Quba-Xınalıq yolunun 29-cu kilometrliyində Qudyalçay üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb, körpünün istinad divarları zədələnib. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olbu. Bildirilib ki, hadisə nəticəsində yolda gediş-gəliş dayanıb. Fəsadların aradan qaldırılması üçün "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Qeyd edək ki, körpünün uzunluğu 9 metr, eni isə 6 metrdir. Həmçinin, Quba-Xınalıq yolunun 36 kilometrliyində Qudyalçayda suyun səviyyəsinin qalxması nəticəsində yol yuyularaq yararsız vəziyyətə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31