Gündəm

Gəncə sakinindən “Makarov” götürülüb

21 Sentyabr 2016 18:04

Gəncə sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Rəfayel Barat-purun evinə baxış zamanı “Makarov” markalı tapança və 11 ədəd patron aşkar edilərək götürülüb.

Bərdədə dəhşətli qəza

21 Sentyabr 2016 18:03

Sentyabrın 21-də saat 01 radələrində Bərdə rayonunun Mehdili kəndində Beyləqan rayon sakini Rafiq Mustafayev idarə etdiyi “NAZ-Lifan” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Elnur İmranovun idarə etdiyi “MAZ” markalı avtomobilə vurub. DİN-dən verilən məlumata görə, nəticədə R.Mustafayevin sərnişini Füzuli Muradov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Soğunçuluqla məşğul olan keçmiş məhkum ələ keçib

21 Sentyabr 2016 18:01

Paytaxt Bakıda soyğunçuluqla məşğul olan şəxs tutulub. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Bakı şəhər sakini Rüstəm Babayevə məxsus “Hyundai” markalı avtomobildən soyğunçuluq yolu ilə mobil telefon aparmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Qulam Hüseynov tutulmuşdur.

8 evi qarət edən şəxs saxlanıb

21 Sentyabr 2016 18:00

Sabunçu rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 22-dən sentyabrın 19-dək olan müddətdə 8 paytaxt sakininə məxsus evlərdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəsx saxlanıb. Onun Bakı şəhər sakini Ramil Şəfəqqətov olduğu müəyyən edilib. 

Nardaranda odlu silah tapılıb

21 Sentyabr 2016 17:59

Nardaranda odlu silah və patron aşkar edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşları tərəfindən sentyabrın 20-də Nardaran qəsəbəsi ərazisindəki məişət tullantıları sahəsindən nömrəsi silinmiş “AKS” markalı silah və patron darağı aşkar edilərək götürülüb.

Dini Komitə Yevlaxda regional konfrans keçirib

21 Sentyabr 2016 17:42

Sentyabrın 21-də Yevlax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.

Astaradan İran sərhəddinə yeni dəmir yolu çəkilir

21 Sentyabr 2016 17:40

Sentyabrın əvvəlində Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolunun qoyuluşuna başlanıb.

Cənub zonasında regional forum keçirilib

21 Sentyabr 2016 17:37

Lənkəran şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə cənub zonasında yaşayan və rayonun ictimai –siyasi həyatında fəal rol oynayan bir qrup gəncin iştirakı ilə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda Regional Forum keçirilib.

PKK iki türk əsgərini əsir götürdü

21 Sentyabr 2016 17:32

Türkiyənin Hakkari vilayətində 2 türk əsgəri əsir götürülüb. Axar.az bildirir ki, hərbçiləri PKK terror təşkilatı qaçırıb. Hərbçilərlə bərabər, 2 mülki vətəndaş da terrorçular tərəfindən oğurlanıb.

Misirdə göyərtəsində 600 qaçqın olan gəmi batıb

21 Sentyabr 2016 17:26

Misirdə göyərtəsində 600 qaçqın olan gəmi batıb.

Sarkoziyə qarşı açılmış cinayət işlərindən biri bağlandı

21 Sentyabr 2016 17:21

Fransada sabiq prezident Nikola Sarkoziyə qarşı açılmış cinayət işlərindən biri bağlanılıb.

2020-ci il futbol üzrə Avropa çempionatının loqotip və şüarı

21 Sentyabr 2016 17:19

UEFA 2020-ci il futbol üzrə Avropa çempionatının loqotip və şüarını rəsmən təqdim edib. TASS-ın verdiyi məlumata görə, turnirin loqotipi körpü seçilib.

“The Asian”: Metsamor Qafqazın qəlbində böyük təhlükədir"

21 Sentyabr 2016 17:17

Koreya Respublikasının mətbuatında Metsamor AES-in region üçün təhlükəsi barədə növbəti məqalə yayılıb. Bu dəfə mövzuya “The Asian” qəzetinin yaradıcı heyəti müraciət edərək “Qafqazın qəlbində böyük təhlükə” başlıqlı məqalə hazırlayıb.

Hakan Şükür və daha 4 nəfər "Qalatasaray"dan XARİC EDİLDİ

21 Sentyabr 2016 16:56

"Qalatasaray" klubu "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə əlaqədə ittiham olunan üzvlərini klubdan xaric edib. 

Əxlaqsızlıq yuvasında tutulan qadın: "Çəkməyin, ərim görər"

21 Sentyabr 2016 16:54

İstanbulda yerləşən diskotekalarda polislər tərəfindən aparılan əməliyyat nəticəsində fahişəliklə məşğul olan 40 qadın saxlanılıb. Onlardan 38-i başqa millətdəndir, 20-si isə ailəlidir.