Astaradan İran sərhəddinə yeni dəmir yolu çəkilir
Sentyabrın əvvəlində Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolunun qoyuluşuna başlanıb.
21 Sentyabr 2016 17:40 SosialSentyabrın əvvəlində Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolunun qoyuluşuna başlanıb. "OLAYLAR"-ın xəbərinə görə, artıq 5 km yol qoyulub. Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünün dayaqları (4 dayaq) və istinad divarları tikilmişdir. 27 tirdən 15-nin betonu tökülmüş, hazırda qalanlarının karkası yığılır. İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib.