Cənub zonasında regional forum keçirilib
Lənkəran şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə cənub zonasında yaşayan və rayonun ictimai –siyasi həyatında fəal rol oynayan bir qrup gəncin iştirakı ilə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda Regional Forum keçirilib.
21 Sentyabr 2016 17:37 SosialLənkəran şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə cənub zonasında yaşayan və rayonun ictimai -siyasi həyatında fəal rol oynayan bir qrup gəncin iştirakı ilə "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda Regional Forum keçirilib. GİN-dən "OLAYLAR"-a bildirilib ki, forumda nazir müavini İntiqam Babayev, millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının I müavini İlqar Dadaşov və cənub regionu üzrə Gənclər və İdman İdarələrinin rəisləri iştirak ediblər.Tədbirdə ictimai fəaliyyətdə fərqlənən gənclər GİN-in fəxri-fərmanları ilə təltif edilib.