Gündəm

İŞİD-dən daha bir vəhşilik: bu dəfə buldozer edamı

27 Sentyabr 2016 13:08

İraqın şimalındakı Şarqat şəhəri uğrunda gedən döyüşlər başa çatmaqdadır. İŞİD terrorçularının nəzarətindəki bu şəhər artıq azad olunub.

Gəncədə Türk Şurasının Gənclər Festivalı keçiriləcək

27 Sentyabr 2016 13:06

Sentyabrın 27-30-da Gəncədə Türk Şurasının Gənclər Festivalı keçiriləcək. GİN-dən “OLAYLAR”-a bildirilib ki, cari ilin martın 4-də Türk Şurasının İstanbulda keçirilmiş gənclər və idman nazirlərinin birinci toplantısının yekun protokoluna Azərbaycanda gənclər festivalının keçirilməsi daxil edilib. Festivalın keçirilməsində məqsəd Türkdilli dövlətlərin gəncləri arasında mübadilənin aparılması və əməkdaşlıq platformasının yaradılmasıdır.

Tərtərin daha bir kəndinə təbii qazın verilişi bərpa edilib

27 Sentyabr 2016 13:04

Tərtər rayonunun Xoruzlu kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 308 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 19276 metr uzunluğunda pilietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

27 Sentyabr 2016 13:02

“Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan 2645 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın xəbərinə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1617-1612 metr intervaldan sutkalıq 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

İV Rusiya-Azərbaycan gənclər forumu keçirilib

27 Sentyabr 2016 13:01

Sentyabrın 22-dən başlayaraq Rusiya Federasiyası Tatarsıtan respublikasının paytaxtı Kazan şəhərində "Yeni nəsil: sərhədsiz məsuliyyət" İV Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, forumda gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi altında 20 nəfərdən ibarət heyət iştirak edib.

Formalaşacaq vitse-prezidentlik institutu dövlətin qorunması baxımından etibarlı sistemin yaradılması deməkdir

27 Sentyabr 2016 12:58

“Kampaniyaçılığı xoşlamadığımdan, həm də hazırki statusum referendumqabağı təşviqatda iştiraka imkan vermədiyindən son dəyişikliklərlə bağlı mövqeyimi bildirməmişdim”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri tanınmış jurnalist Azər Sarıyev referendumun nəticələrinə münasibət bildirərkən bunları qeyd edib

Ermənilər 13 dəfə atəşkəsi pozub

27 Sentyabr 2016 12:56

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Millinin baş məşqçisinə KORRUPSİYA TƏLƏSİ

27 Sentyabr 2016 12:51

İngiltərə Futbol Assosiasiyası (FA) ölkə yığmasının baş məşqçisi Sem Ellerdaysla bağlı araşdırmalara başlayacaq.

Jirinovski deputat mandatından imtina etdi

27 Sentyabr 2016 12:50

Saratov şəhər dumasına seçkilərdə partiya siyahısına başçılıq etmiş Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski deputat mandatından imtina edib.

Havalar yenidən soyuyacaq

27 Sentyabr 2016 12:48

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Çində mədəndə partlayış: 1 ölü

27 Sentyabr 2016 12:46

Çindəki mədənlərin birində partlayış baş verib.

Azərbaycanlı nazirdən erməniləri təşvişə salacaq AÇIQLAMA

27 Sentyabr 2016 12:45

280 km məsafəyə uça bilən ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində danışıqlar gedir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi - "ADEX 2016" 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin açılış mərasimində deyib.

Avropa Xalq Partiyası: Azərbaycanda referendum ən yaxşı beynəlxalq normalara riayət olunmaqla, azad şəraitdə keçdi

27 Sentyabr 2016 12:43

Avropa Xalq Partiyasının (EPP) müşahidə nümayəndə heyəti sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilmiş referenduma dair bəyanat yayıb.

Azərbaycan ərazisində hava şəraiti dəyişəcək -XƏBƏRDARLIQ

27 Sentyabr 2016 12:40

Bakı və Abşeron yarımadasında sentyabrın 28-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

ABŞ-da İŞİD-ə qoşulmaq istəyən şəxs 30 il müddətinə azadlıqdan məhrum edilib

27 Sentyabr 2016 12:39

ABŞ-ın Kaliforniya ştatında İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxs 30 il müddətinə azadlıqdan məhrum edilib.