İŞİD-dən daha bir vəhşilik: bu dəfə buldozer edamı

İraqın şimalındakı Şarqat şəhəri uğrunda gedən döyüşlər başa çatmaqdadır. İŞİD terrorçularının nəzarətindəki bu şəhər artıq azad olunub.

İraqın şimalındakı Şarqat şəhəri uğrunda gedən döyüşlər başa çatmaqdadır. İŞİD terrorçularının nəzarətindəki bu şəhər artıq azad olunub.

İŞİD isə  çox böyük strateji əhəmiyyətə malik şəhəri itirdiyindən çılğına dönüb.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, dünən Şarqatdan qaçan 6 İŞİD terrorçusu Mosulda edam olunub.

İŞİD-in Mosul şəhərindəki "Şəriət məhkəməsi"nin qərarı ilə bu terrorçular qorxaqlıqda, fərarilikdə və xəyanətdə suçlanıblar.

Hökm oxunandan sonra əlibağlı terrorçuları asfaltın üzərinə uzadıblar və onların üzərindən buldozer keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31