Gəncədə Türk Şurasının Gənclər Festivalı keçiriləcək
Sentyabrın 27-30-da Gəncədə Türk Şurasının Gənclər Festivalı keçiriləcək. GİN-dən “OLAYLAR”-a bildirilib ki, cari ilin martın 4-də Türk Şurasının İstanbulda keçirilmiş gənclər və idman nazirlərinin birinci toplantısının yekun protokoluna Azərbaycanda gənclər festivalının keçirilməsi daxil edilib. Festivalın keçirilməsində məqsəd Türkdilli dövlətlərin gəncləri arasında mübadilənin aparılması və əməkdaşlıq platformasının yaradılmasıdır.
27 Sentyabr 2016 13:06 SosialSentyabrın 27-30-da Gəncədə Türk Şurasının Gənclər Festivalı keçiriləcək. GİN-dən "OLAYLAR"-a bildirilib ki, cari ilin martın 4-də Türk Şurasının İstanbulda keçirilmiş gənclər və idman nazirlərinin birinci toplantısının yekun protokoluna Azərbaycanda gənclər festivalının keçirilməsi daxil edilib. Festivalın keçirilməsində məqsəd Türkdilli dövlətlərin gəncləri arasında mübadilənin aparılması və əməkdaşlıq platformasının yaradılmasıdır. Festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, qonaq qismində isə Qətərin nümayəndə heyəti iştirak edəcək. Festival çərçivəsində gənclər sahəsində əməkadşlıq məsələləri müzakirə olunacaq, qarşılıqlı təcrübə mübadiləsi aparılacaq. Bundan başqa yaradıcı gənclərin iştirakı ilə konsert proqramı, gənc fotoqrafların sərgisi və milli mətbəx gecəsi keçiriləcək.