İV Rusiya-Azərbaycan gənclər forumu keçirilib

Sentyabrın 22-dən başlayaraq Rusiya Federasiyası Tatarsıtan respublikasının paytaxtı Kazan şəhərində "Yeni nəsil: sərhədsiz məsuliyyət" İV Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, forumda gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi altında 20 nəfərdən ibarət heyət iştirak edib.

Sentyabrın 22-dən başlayaraq Rusiya Federasiyası Tatarsıtan respublikasının paytaxtı Kazan şəhərində "Yeni nəsil: sərhədsiz məsuliyyət" İV Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, forumda gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi altında 20 nəfərdən ibarət heyət iştirak edib. Nümayəndə heyətinin tərkibinə eyni zamanda müxtəlif gənclər QHTlərinin nümayəndələri, eləcə də ekspert qismində AMEAnın gənc tədqiqatçıları da daxildir. Forumun ilk günü İntiqam Babayev Tatarıstan Respublikasından olan həmkarı Rustam Qarifullinlə görüşüb. Görüş əsnasında bir gənclər sahəsini əhatə edən və hər iki ölkəni maraqlandıran bir sıra mövzular müzakirə olunub. Forumun işi çərçivəsində Azərbaycan və Rusiya gənclər təşkilatlarının və gənclər siyasətinə cavabdeh dövlət qurumlarının təqdimatları, "Gənclər və iqtisadiyyat", "Dünya gənclərin əlindədir" və "Tarixi yaşadaraq, gələcəyi qurmaq" mövzuları üzrə dəyirmi masalar keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31