Gündəm
İnanılmaz: 3 aylıq uşaq anasına cavab verdi - VİDEO
Viktoriya Fatunun çəkdiyi bu video sosial şəbəkələrdə ildırım sürəti ilə yayılıb və ona indiyədək 43 milyondan artıq baxış olub.
ABŞ-da Gülən barədə həbs qərarı verilib-verilməyəcəyi 2 günə bəlli olacaq
Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhddən sonra ötən dövr ərzində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar 70 min insan haqqında araşdırma aparılıb, 32 min civarında insan həbs edilib.
"Simeonenin oyun stilini bəyənirəm"
"Bayer"in baş məşqçisi Karlo Ançelotti "Atletiko Madrid"lə matçdan öncə jurnalistlərin suallarını cavablandırıb.
Murat Bozla Hadisənin sevgili olması xəbərinə Aslının REAKSİYASI
Ötən gün məşhur müğənnilər Hadisə və Murat Bozun sevgili olması ilə bağlı xəbərlər yayılmışdı.
Türkiyədə erkən parlament seçkiləri istisna olunur
Fəthullah Gülən hərəkatı ilə mübarizə prosesi siyasi və inzibati müstəvidə aparılır, lakin erkən parlament seçkilərinin keçirilməsi variantı istisna edilir.
“Onun atası” filminin beynəlxalq premyerası keçirilib
İtaliyada Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin beynəlxalq premyerası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, film 17-ci ASIATICA, Encounters with Asian Cinema Film Festivalının “Panorama” müsabiqə proqramında nümayiş etdirildi.
Siyasi partiyalar da referendumun nəticələrini tanıyırlar
Demokratik İslahatlar Partiyası 26 sentyabr 2016-cı il tarixində keçirilmiş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələrini müzakirə edib. Partiyadan “Olaylar”a verilən məlumata görə, DİP ümumilikdə seçki prosesini müşahidə edib. Partiyanın müşahidəçiləri ölkə üzrə əksər DSK-larda və MSK-larda səsvermə prosesini izləyiblər.
Bakı şəhər çempionatı keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, yarışda DİN İC, Məhsul İC, BTİ, Təhsil RİM, Ümid İK, SMİF-nın idmançıalrı mübarizə aparıb. Nəticələrə görə qadınlar arasında I yerə 1 km məsafədə Jalə Rəhimzadə (BTİ), 2 km məsafədə I yerə Natavan Etibarova (Təhsil RİM), 4 km məsafədə I yerə Aynur Əsgərova (BTİ), 6 km məsafədə I yerə Rəqsanə Rəcəbli (BTİ), kişilər arasında 2 km məsafədə I yerə Leonid Kryukov (Məhsul İC),3 km məsafədə I yerə İlham Abışov (BTİ), 6 km məsafədə I yerə Nail Rzayev (Məhsul İC), 10 km məsafədə I yerə Elman Abışov (Təhsil RİM), veteranlar arasında isə I yerə Tapdıq Dadaşov (Sumqayıt) layıq görülüb. I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Onu da qeyd edək ki, I-III yerləri tutmuş idmançılar 16-18 oktyabr 2015-ci il tarixdə İsmayıllı rayonunda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.
Gənclərin yaşı dəyişdirilir
“Referendum nəticəsində gənclərin seçkilərdə iştirakına görə yaş senzlərinin dəyişməsi gənclər haqqında qanunvericilikdə də dəyişiklərə səbəb olacaq”. Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. Deputat bildirib ki, referendum dəyişiklərilə bağlı gənclər yaşı da dəyişəcək.
Emin Hüseynov ATƏT tədbirində Azərbaycanla bağlı yalan məlumatlar yayıb
Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəal şəxslər iştirak ediblər.
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun dəvəti ilə Sankt-Peterburq şəhərinə yola düşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, general-polkovnik N.Sadıkov sentyabrın 29-da MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək. İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar. Səfər sentyabrın 30-dək davam edəcək.
Millət vəkili seçiciləri ilə görüşüb
Sentyabr ayının 28-də 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev seçicilərin növbəti qəbulunu keçirib. “OLAYLAR”-ın xəbərinə görə, qəbulda 43 nəfər seçici iştirak edib. Qəbul zamanı işlə təmir olunmaq, ünvanlı sosial dövlət yardımı almaq, müalicəyə ehtiyacı olan xəstələrə köməklik göstərmək, bəzi məktəblərə və yeni yaşayış massivlərinə qaz verilməsini təmin etmək, mənzil tikintisi və təmirinə yardım göstərmək kimi məsələlər qaldırılıb. Bir çox məsələlər yerindəcə həll olunub, həlli vaxt tələb edənlər nəzarətə götürülüb.
Sağlam ürək həftəsi keçiriləcək
Sentyabrın 29-da “Park Bulvar”, sentyabrın 30-da isə da “Metropark” AVM-də “Sağlam Ürək Həftəsi” çərçivəsində aksiyalar keçiriləcək.
Azərbaycanı böyük gələcək gözləyir
“Tam mübaliğəsiz deyə bilərəm ki, Azərbaycanı böyük gələcək gözləyir. Referendum bu gələcəyin anonsudur. Ölkəmizdə həyata keçirilməkdə olan iqtisadi islahatlar referendumdan sonra zəruri hüquqi baza və siyasi alət əldə etmiş oldu. İnanıram ki, bundan sonra islahatlar daha intensiv şəkildə, daha böyük dinamika ilə aparılacaq” “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov «Azərbaycan» qəzetinə müsahibəsində səsləndirib.














