Sağlam ürək həftəsi keçiriləcək
Sentyabrın 29-da “Park Bulvar”, sentyabrın 30-da isə da “Metropark” AVM-də “Sağlam Ürək Həftəsi” çərçivəsində aksiyalar keçiriləcək.
28 Sentyabr 2016 12:12 SosialSentyabrın 29-da "Park Bulvar", sentyabrın 30-da isə da "Metropark" AVM-də "Sağlam Ürək Həftəsi" çərçivəsində aksiyalar keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, aksiyalar zamanı "Dünya Ürək Günü"nün mahiyyəti, ürək sağlamlığının qorunması üçün vasib olan amillər barədə ictimaiyyətə məlumat veriləcək, alış-veriş mərkəzlərində insanların ilkin tibbi müayinəsi, qanda şəkərin və xolesterolun miqdarı ölçüləcək, ürək sağlamlığının qorunması üçün tam ödənişsiz həkim məsləhətləri veriləcək. Oktyabrın 1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə "Həyatına enerji qat!" adlı beynəlxalq elmi-praktiki konfrans təşkil edəcək. Konfrans Park İnn otelində baş tutacaq.