"Simeonenin oyun stilini bəyənirəm"

"Bayer"in baş məşqçisi Karlo Ançelotti "Atletiko Madrid"lə matçdan öncə jurnalistlərin suallarını cavablandırıb.

"Bayer"in baş məşqçisi Karlo Ançelotti "Atletiko Madrid"lə matçdan öncə jurnalistlərin suallarını cavablandırıb.

Goal.az xəbər verir ki, italiyalı çalışdırıcı "Atletiko"nu yaxşı tanıdığını dilə gətirib: "Böyük matçlar oynayıblar. Üstünlüyə sahib olduğumuzu düşünmürəm, çünki onlara qarşı oynamaq həmişə çətin olub. Çox yaxşı komandaya sahibdirlər, amma biz də yaxşı çıxış edirik. Məhsuldar oyunumuzu göstərmək istəyirik. Simeoneyə gəlincə, onun oyun stilini bəyənirəm. Hazırda o, Avropada ən yaxşı baş məşqçilərdən biridir, amma futbolçuluğundan fərqli olaraq baş məşqçi kimi daha çox əziyyət çəkdiyini düşünürəm".

Qeyd edək ki, "Atletiko Madrid" - "Bayer" matçı bu gün keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31