Gündəm

BMT-də Ermənistanın işğalçılıq siyasətindən danışıldı

4 Oktyabr 2016 16:29

Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 67-ci sessiyası işə başlayıb.

Sosial şəbəkələrdəki təhlükələrlə mübarizə gücləndirilir

4 Oktyabr 2016 16:28

Təhsil Nazirliyinin təşəbbüsü ilə Community.az portalı “Məktəb icmaları” layihəsi çərçivəsində “XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda seminar keçirib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə valideynlər, məktəb psixoloqları və müəllimlər iştirak edib. Seminarın təşkil edilməsində əsas məqsəd valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır.

Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili müzakirə edilib

4 Oktyabr 2016 16:25

Oktyabrın 4-də Ağdaş şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda konfrans təşkil olunub.

Keçən ay 12335 metr qazma işi həyata keçirilib

4 Oktyabr 2016 16:24

Cari ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12335 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 11570 metri istismara, 765 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 86583 metr qazma işi görülmüşdür ki, bunun da 84518 metri istismara, 2065 metri isə kəşfiyyata aid olub. Bundan əlavə, sentyabr ayı ərzində qazmadan alınmış 7, ilin əvvəlindən isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Kimlərdən patent vergisi tutulacaq?

4 Oktyabr 2016 16:23

Patent vergisinin tətbiqi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Bu barədə vergilər nazirinin müavini İlkin Vəliyevin verdiyi məlumata görə, hazırda layihə müzakirə olunur. O bildirib ki, patent vergisi repititorlar, bağbanlar, müxtəlif təmir və tikinti işləri görən ustalar, dil təlimçiləri və bu kimi fərdi qaydada xidmət göstərən şəxslərə tətbiq ediləcək. Həmin şəxslərin dəqiq siyahısı və ödənişin məbləği müəyyənəşdirilir. Nazir müavini patent vergisinin 50 manat və daha artıq olacağını istisna etməyib. İ.Vəliyevin sözlərinə görə, bu vergi növü diferensial qaydada toplanacaq. Belə ki, bölgələrdə həmin xidmətlər paytaxla müqayisədə aşağı olduğundan vergi ödənişləri də fərqli olacaq.

Spiker: “Azərbaycanla İran arasında ticarət dövriyyəsi qənaətbəxş olsa da, iki ölkənin potensialına uyğun deyil”

4 Oktyabr 2016 16:22

Oktyabrın 4-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüşdə Azərbaycan-İran əlaqələrinə dair geniş fikir mübadiləsi aparılıb.

“Ekologiyanın istehsalçı və istehlakçı baxışından rolu” layihəsinin icrasına başlandı

4 Oktyabr 2016 16:20

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ekologiyanın istehsalçı və istehlakçı baxışından rolu” layihəsinin icrasına 01 sentyabr 2016-cı il tarixindən etibarən başlanılmışdır. Fərdi layihənin müəllifi Günel Mustafayevadır.

FETÖ-çü qadının ağlasığmaz qəddarlığı

4 Oktyabr 2016 16:06

FETÖ-nün "Mərvə" kod adlı qadın üzvü 2015-ci il oktyabrın 10-da İŞİD-in Ankarada törətdiyi terrorla bağlı yeni şifrəni açıb.

Azercell-də “Hədsiz” rominq endirimləri!

4 Oktyabr 2016 16:01

Ölkənin lider mobil operatoru Azercell Telekom “Hədsiz” tarif paketi çərçivəsində abunəçiləri üçün sərfəli endirimlər təqdim edir. Belə ki, 4 oktyabrdan etibarən “Hədsiz” tarif planının abunəçiləri Fransa, Almaniya, Çexiya, Avstriya və İspaniyada rominqdə olarkən 15% edirimdən yararlana biləcəklər. Tətbiq olunan endirim nəticəsində abunəçilər hər zəngin 1 dəqiqəsi üçün 1.30 AZN, hər 1MB mobil internet uçün isə cəmi 3 AZN ödəyəcəklər. Azercell-in bu sərfəli enidirmi rominqdə olarkən edilən zənglər və mobil internetdən istifadə üçün tətbiq edilir.

Azər Badamov: “Dünyaya ən yaxşı nümunə Azərbaycandır"

4 Oktyabr 2016 15:56

“Azərbaycanın beynəlxalq siyasətinin təməlində, dünyanı bir araya gətirməklə müxtəlif dini milli konfensiyalar arasında dostluq yaratmaq, dünyaya multikulturalizm nümunəsini təqdim etmək, dünyada baş verən haqsızlıq və ədalətsizliklərə qarşı birgə səylərini ortaya qoymaqda təşəbbüskar olmaq durur. Əgər dünyada mədəniyyətlərin bir-birinə inteqrasiyası və müxtəlif konfensiyaların birgə bərabər yaşayışı təmin olunmazsa , günahsız insanların qətli daha da artacaq, ədalətsizlik baş alıb gedəcək və heç bir inkişafdan danışmaq mümkün olmayacaq. Dünyaya ən yaxşı nümunə Azərbaycandır”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Zakir Həsənov Özbəkistana səfər edib

4 Oktyabr 2016 15:54

Oktyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi səfəri başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, səfər çərçivəsində iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

Minskdə Nar bayramı keçirilib

4 Oktyabr 2016 15:52

Belarusun paytaxtı Minsk şəhərində Azərbaycan mədəniyyəti festivalı – Nar bayramı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,  tədbirdə Minsk şəhər İcra Komitəsinin təmsilçisi Vitalin Rudikov, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri və Əməkdar idman ustası Natiq Bağırov, Azərbaycanın Belarusdakı Səfirliyinin nümayəndələri, Milli Məclisin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi, burada yaşayan azərbaycanlılar və yerli sakinlər  iştirak edib.

Poçt bağlamalarında qızıl-zinət əşyaları aşkar edilib

4 Oktyabr 2016 15:50

Bakı Baş Gömrük İdarəsinin beynəlxalq poçt göndərişlərinə nəzarət bölməsində poçt bağlamalarına gömrük nəzarəti zamanı qaçaqmalçılıq faktı qeydə alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, İsrail Dövlətinə göndərilən iki ədəd poçt bağlamasındakı geyim əşyalarının arasından bəyan edilməyən və ümumi çəkisi 323,19 qram olan qızıl-zinət əşyaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

391 min 446,52 manat sığorta ödənişi həyata keçirilib

4 Oktyabr 2016 15:49

AtaSığorta” ASC  Sentyabr ayı üzrə hesablanmış sığorta haqları və ödənişlərin statistikasını açıqlayıb. “OLAYLAR”-ın xəbərinə görə, şirkət keçən ay 759 min 813 manat sığorta haqları hesablayıb. Bu, avqust ayı ilə müqayisədə təxminən 88 faiz çoxdur. Şirkət bu ilin Avqust ayında 404 min 865 manat sığorta haqları toplayıb.  Məlumata görə, şirkət tərəfindən sentyabr ayında 527 hadisə üzrə 391 min 446,52 manat sığorta ödənişi həyata keçirilib.

Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi BANM-də olub

4 Oktyabr 2016 15:48

Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi professor Eden Mamut Bakı Ali Neft Məktəbində olub.