Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi BANM-də olub
Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi professor Eden Mamut Bakı Ali Neft Məktəbində olub.
4 Oktyabr 2016 15:48 SosialQara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi professor Eden Mamut Bakı Ali Neft Məktəbində olub. "OLAYLAR"-ın xəbərinə görə, rektor Elmar Qasımov BANM-in 2013-cü ildən Qara Dəniz Universitetləri Şəbəkəsinin (BSUN) üzvü olduğunu bildirib və ali təhsil müəssisəsinin tarixi haqqında qonağa ətraflı məlumat verib. Ali Məktəbdə qısa müddət ərzində görülən işlərdən danışan rektor BANM-də tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açıb. BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə əlaqələrinin yaradılması, inkişafı və genişlənməsi istiqamətində işlərin görüldüyünü bildirib və Qara Dəniz Universitetləri Şəbəkəsi ilə Neft Məktəbinin əməkdaşlığının davam edəcəyinə əminliyini ifadə edib. Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi professor Eden Mamut təmsil etdiyi qurum haqqında söz açan qonaq Şəbəkənin Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının üzvü olan 12 ölkənin (Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və s.) 100-dən artıq universitetini birləşdirdiyini xatırladıb.