Sosial şəbəkələrdəki təhlükələrlə mübarizə gücləndirilir
Təhsil Nazirliyinin təşəbbüsü ilə Community.az portalı “Məktəb icmaları” layihəsi çərçivəsində “XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda seminar keçirib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə valideynlər, məktəb psixoloqları və müəllimlər iştirak edib. Seminarın təşkil edilməsində əsas məqsəd valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır.
4 Oktyabr 2016 16:28 SosialTəhsil Nazirliyinin təşəbbüsü ilə Community.az portalı "Məktəb icmaları" layihəsi çərçivəsində "XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları" mövzusunda seminar keçirib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə valideynlər, məktəb psixoloqları və müəllimlər iştirak edib. Seminarın təşkil edilməsində əsas məqsəd valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır. Çıxış edənlər uşaqların sağlam və təhlükəsiz böyüməsi üçün valideynlər tərəfindən övladlarının sosial şəbəkələrdən düzgün istifadəsinə nəzarət edilməsinin vacibliyini vurğulayıblar. Seminarın məruzəçisi Almaniyanın Psixoloqlar Assosiasiyasının üzvü, Berlin şəhəri "Ailə və təhsil" mərkəzinin müşaviri Qalina Heinzelmann uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları" mövzusunda geniş təqdimatla çıxış edib. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb. Layihə "Access Bank" ASC, "Sağlam Ailə" MMC, "Baker Tilly Azərbaycan" MMC tərəfindən dəstəklənib.