Gündəm
Soyğunçuluqla məşğul olan dəstə zərərsizləşdirilib
Kəpəz rayonunda soyğunçuluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də R.Allahverdiyevə, T.Abdullayevə və Ə.Kişiyevə məxsus 60 manat pulu və mobil telefonu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Azər Əliyev, İlqar Əliyev və Yusif Həsənov tutulublar.
Avtomobil qaçıran şəxs tutulub
Paytaxt Bakıda avtomobil qaşırılıb. DİN-dən verilən məlumata görə, sentyabrın 29-da bakı şəhər sakini Sahib Hacıyevin idarə etdiyi “QAZ-24” markalı avtomobil qaçırılıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Bakı şəhər sakini Ramil Mustafayev oktyabrın 2-də həmin nəqliyyat vasitəsini idarə edərkən saxlanılıb.
Qadını vuran sürücü aradan çıxıb
Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşları tərəfindən aparılmış istintaq və əməliyyat tədbirləri ilə oktyabrın 2-də Siyəzən rayonunun Gilgilçay kəndində Şabran şəhər sakini Güldəstə İsmayılovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “Nissan” markalı avtomobilin sürücüsünün Elbrus Hasilov olması müəyyən edilib.
Qubada vətənpərvərlik tədbiri keçirilib
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi tərəfindən (ADİİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbiri Quba rayonunda keçirilib.
“Breyn-rinq” intellektual oyunu keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid Behbudov adına Mahnı Teatrında vətənpərvərlik klubları arasında “Breyn-rinq” intellektual oyunu keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, intellektual oyunda paytaxtın bütün rayonlarından olan komandalar iştirak ediblər.
Ağdamda arvadını soruşan müəllimi döyən direktor şöbəyə çağırıldı
Ötən gün Səfərli kənd məktəbinin direktor müavini Şirazi Ağayevin Baharlı kənd məktəbinin direktoru Fəqani Səfərov tərəfindən döyülməsi xəbəri ilə bağlı Ağdam rayon Təhsil Şöbəsi tərəfindən araşdırma aparılır.
Prezident İlham Əliyev: "Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar"
Oktyabrın 4-də Bakıda, Rəşid Behbudov küçəsində dünya şöhrətli müğənni, SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun abidəsinin açılış mərasimi olub.
Türkiyəyə dəmiryolu ilin sonunadək istifadəyə veriləcək
“Heydər Əliyev Beynəlxalq Hava Limanına çəkiləcək dəmiryolu xətti ilə bağlı layihə üzərində işlər davam edir”. Bu barədə SİA-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Novruz Məmmədov Bayerə cavab verdi
"Diplomatlar var ki, hələ də anlaya bilmirlər ki, dünyanın indiki vəziyyətə düşməsinin səbəbi onlardır". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “twitter” səhifəsində yazıb.
Konvoy taborunda təkrar baxış keçirilib
Penitensiar Xidmətin konvoy taorunda təkrar baxış keçirilib. Bu barədə Vidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 19.09.2016-cı il tarixdə Penitensiar xidmətin rəhbərliyinin bilavasitə iştirakı ilə Konvoy taborunun şəxsi heyətinin sıra baxışı keçilmiş, xüsusi texnikanın saxlanma vəziyyəti yoxlanılmışdı. Baxış zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilmiş, qüsurların aradan qaldırılmasına vaxt verilmişdi. 02.10.2016-cı il tarixdə Konvoy taborunda Penitensiar xidmət rəhbərliyi tərəfindən təkrar baxış keçirilib və nöqsanların əsasən aradan qaldırılması müəyyən edilib.
Dövlət istiqrazları üzrə hərrac keçirilib
04 oktyabr 2016-cı il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0101015516 ISIN kodlu, tədavül müddəti 91 gün olan 22.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. Nazirlikdən verilən məlumata görə, AZ0101015516 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 5.3 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 5.3 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 96.4569 (gəlirlilik 14.9378%) səviyyəsində müəyyən edilib.
ƏSF-ya ayrılacaq kreditə dövlət zəmanəti veriləcək
Oktyabrın 4-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə Əmanətlərin Sığortalanması Fonduna Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılıb.
Məktəblərdə pul yığımı “maşını” işə düşdü
“Nazirlik Müəllimlər günündə pul yığılması ilə bağlı şikayət edənin anonimliyini qorusun. Görsün nə qədər şikayət daxil olacaq. Müəllim və ya direktordan şikayət edən kimi uşağa qarşı münasibət dəyişir, müəllim ayrı-seçkilik edir. Uşaq psixologiyasıdır axı, yoldaşlarının yanında seçildiyini görəndə sınır. Ona görə də, valideyn şikayət etməkdən çəkinir”.
Ekspert: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli prosesi, sanki, passiv fazaya keçirilib"
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli prosesində son zamanlar müşahidə olunan durğunluq təəssüf doğurur.
“Gəlincik” layihəsinin növbəti təlimi keçirilib
YAP Gənclər Birliyinin ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Gəlincik” layihəsinin növbəti təlimi keçirilmişdir.














.jpg)