“Gəlincik” layihəsinin növbəti təlimi keçirilib
YAP Gənclər Birliyinin ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Gəlincik” layihəsinin növbəti təlimi keçirilmişdir.
4 Oktyabr 2016 16:31 SosialYAP Gənclər Birliyinin ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Gəlincik" layihəsinin növbəti təlimi keçirilmişdir. Təlimi giriş sözü ilə açan layihə rəhbəri Bəyim Məmmədli gənclərə layihənin əhəmiyyəti barədə ümumi məlumat vermiş,layihənin məqsədini və layihə ərzində keçirilən təlimin mövzusunu iştirakçıların diqqətinə çatdırmışdır. Daha sonra təlimçi Zaur Quliyev iştirakçıları salamlayaraq erkən nigahların hüquqi cəhətdən də yol verilməz olduğunu, erkən nigahlarla bağlı maarifləndirmə işlərini mütəmadi olaraq həyata keçirilməsinin vacib olduğunu bildirdi. İştirakçılar təlim zamanı xeyli müzakirələr aparmaqla yanaşı, ötən təlimdə verilmiş praktiki tapşırıqların icrası zamanı üzləşdikləri çətinliklər, problemlər barədə öz fikir və təəssüratlarını bölüşüblər.Daha sonra layihə iştirakçısı olan gənclərin movzu ilə əlaqədar verdiyi suallar cavablandırıldı.