“Breyn-rinq” intellektual oyunu keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid Behbudov adına Mahnı Teatrında vətənpərvərlik klubları arasında “Breyn-rinq” intellektual oyunu keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, intellektual oyunda paytaxtın bütün rayonlarından olan komandalar iştirak ediblər.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid Behbudov adına Mahnı Teatrında vətənpərvərlik klubları arasında "Breyn-rinq" intellektual oyunu keçirilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, intellektual oyunda paytaxtın bütün rayonlarından olan komandalar iştirak ediblər. Oyundan öncə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov çıxış eedərək iştirakçılara uğurlar arzulayıb. Daha sonra isə oyuna start verilib. Nəticələrə görə I yerə Yasamal komandası, II yerə Nərimanov komandası, III yerə isə Sabunçu komandası layiq görülmüşdür. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31