Qubada vətənpərvərlik tədbiri keçirilib
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi tərəfindən (ADİİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbiri Quba rayonunda keçirilib.
4 Oktyabr 2016 16:58 SosialAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi tərəfindən (ADİİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi" layihəsi çərçivəsində növbəti tədbiri Quba rayonunda keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, Hacıbaba Əliyev adına Quba şəhər 1 saylı məktəbdə keçirilən tədbirdə ibtidai sinif şagirdləri ilə yanaşı müəllimlər, valideynlər də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri C.Şahverdiyev layihə barədə məlumat verərək qeyd edib ki, tədbirlərin təşkilində əsas məqsəd kiçik yaşlı və gənclərin vətənə, xalqa və dövlətə bağlılıq, məhəbbət və sədaqət ruhunda böyümələrinə, bu sahədə onların maarifləndirməsinə kömək etməkdir. C.Şahverdiyev uşaqların vətənə, dövlətə, xalqın adət-ənənələrinə, milli dəyərlərinə, böyüklərə, müəllimlərə sevgisindən, hörmətindən, xalqımızın keçmişinin, tarixinin öyrənilməsinin vacibliyindən bəhs edib. Daha sonra layihənin eksperti Ramin Mahmudov çıxış edib. O uşaqların vətənpərvərlik ruhunda böyümələrinin, onların üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyindən danışıb. Tədbirin sonunda iştirakçılar vətənpərvərliklə bağlı mahnı, şeir və himnimizi oxuyublar. Layihə rəhbəri və ekspertin mövzu ilə bağlı suallarını cavablandırıblar. Sonra tədbir iştirakçılarına ADİİM tərəfindən çap edilən layihə ilə bağlı maarifləndirmə məqsədi daşıyan bukletlər paylanılıb.