Keçən ay 12335 metr qazma işi həyata keçirilib

Cari ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12335 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 11570 metri istismara, 765 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 86583 metr qazma işi görülmüşdür ki, bunun da 84518 metri istismara, 2065 metri isə kəşfiyyata aid olub. Bundan əlavə, sentyabr ayı ərzində qazmadan alınmış 7, ilin əvvəlindən isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Cari ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12335 metr qazma işi həyata keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 11570 metri istismara, 765 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 86583 metr qazma işi görülmüşdür ki, bunun da 84518 metri istismara, 2065 metri isə kəşfiyyata aid olub. Bundan əlavə, sentyabr ayı ərzində qazmadan alınmış 7, ilin əvvəlindən isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31