“Ekologiyanın istehsalçı və istehlakçı baxışından rolu” layihəsinin icrasına başlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ekologiyanın istehsalçı və istehlakçı baxışından rolu” layihəsinin icrasına 01 sentyabr 2016-cı il tarixindən etibarən başlanılmışdır. Fərdi layihənin müəllifi Günel Mustafayevadır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Ekologiyanın istehsalçı və istehlakçı baxışından rolu" layihəsinin icrasına 01 sentyabr 2016-cı il tarixindən etibarən başlanılmışdır. Fərdi layihənin müəllifi Günel Mustafayevadır.

Layihənin əsas məqsədi gənclərin ekoloji iqtisadiyyat sahəsində maarifləndirilməsi yolu ilə onlara məsuliyyətli istehsal və istehlakçı bacarıqlarının aşılanmasından ibarətdir. Eləcə də, gənc  sahibkarların məsuliyyətli istehsalçı davranışları haqqında maarifləndirilməsi sayəsində ekologiyaya diqqət edən şirkətlərin artması üçün zəmin yaratmaq, eyni zamanda istehlakçıların ekoloji təmiz məhsul və xidmətdən istifadə hüquqları və onların ətraf mühitə təsiri haqqında məlumatlandırılması ilə ölkəmizdə ekoloji məsuliyyətli biznes və istehlakçıların artırması məqsədini daşıyır.

Artıq layihə çərçivəsində hazırlıq mərhələsi bitmək üzrədir. Layihənin ikinci əsas mərhələsində Balakən rayonunda 2 günlük təlimlərin keçirilməsi planlaşdırılır. Əsas mövzusu "Ekoloji istehsalçı və istehlakçı davranışları" olacaq təlimlərin effektivliyinin artırılması məqsədi ilə təlimlərdə praktikliyə, beyin həmləsinə xüsusi yer verilməklə yanaşı əldə olunmuş biliklərin daha da möhkəmləndiriliməsi üçün iştirakçılara layihə çərçivəsində çap olunmuş məlumat kitabçalarının paylanması da nəzərdə tutulmuşdur. Qeyd edilən rayonda təlimlər yekunlaşdıqdan sonra maarifləndirmə-təbliğat işlərinin genişləndirilməsi məqsədi ilə bu mövzuda video-çarxın çəkilişi həyata keçirləcəkdir. Layihə bu ilin noyabr ayında yekunlaşacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31