Gündəm
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 926 milyon 185,0 min manat vəsait daxil olub
2016-cı ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 926 milyon 185,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,2 faiz əməl edilib. Dövlət Neft Şirkəti büdcə qarşısındakı vergi öhdəliklərinə 100,6 faiz əməl etsə də, Hasilatın Pay Bölgüsü üzrə (PSA mənfəət) proqnoz tapşırığı kəsrlə, yəni 82,0 faiz icra olunub.
“Nə, harada, nə zaman” intellektual oyunu
05 oktyabr 2016-cı il tarixdə Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə rayon məktəblərinin gənc müəllimləri arasında “5 oktyabr-Müəllim günü”nə həsr olunmuş “Nə, Harada, nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi.
Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu
Oktyabrın 4-də Qaradağ Rayonunun Sahil qəsəbəsindəki “Xəzri” Şadlıq sarayında Qaradağ Rayon İcra Hakimiyyəti Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsi ilə birgə 05 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş ümumrayon tədbiri keçirmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşları, rayonun təhsil müəssisələrinin rəhbərləri və qabaqcıl təhsil işçiləri iştirak edirdilər.
Atatürk Liseyinin müdirinə təşəkkürnamə verildi
Azərbaycandakı fəaliyyətini sona vuraraq qardaş Türkiyə Cümhuriyyətinə geri dönən Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin müdiri Əli Devrim və xanımı Hatice Devrimə təşəkkürnamə verilib. “OLAYLAR”-ın xəbərinə görə, təşəkkürnamə Əli Devrimə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Bakı İşlətmə fakültəsinin dekanı doktor Fərrux Tuzcuoğlu tərəfindən verilib. Sabiq müdir TDAV Bakı Atatürk Liseyinin müdirliyini uğurlarla başa vurduğuna görə təltif olunub.
Bakıda mənzildən 11 min manatlıq qızıl və 5 700 dollar oğurlandı
Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Report bildirir ki, Şərifzadə küçüəsi ev 196 ünvanında yaşayan 1979-cu il təvəllüdüEmin Abdullayev evdə olmadığı muddətdə oradan oğurluq edilib.
Milli Məclis bu qanunları dəyişdirir - SİYAHI
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi bəlli olub. Bu barədə modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
Deputat: "Con Kerri istəyir ki, ermənilərin xətrinə heç kim dəyməsin"
Hələ 1988-ci ildə ermənilər Dağlıq Qarabağ məsələsini ortaya atdıqları vaxtdan Con Kerrinin xüsusi ermənipərəst mövqeyi var.
ABŞ Dövlət Katibinin absurd bəyanatı
Amerika Birləşmiş Ştatlarında növbəti prezident seçkiləri yaxınlaşdıqca tutduğu vəzifəsi ilə vidalaşacağına əmin olan dövlət idarəçiliyində təmsil olunan şəxslər özlərinə yeni himayədar axtarışına çıxıblar. Heç şübhəsiz ki, bu istəyə nail olmağın ən tutarlı və cəzbedici metodlardan biri erməni diasporasının “çaldığı havaya oynamaqdır”. Artıq dövlət katibi postunu tərk etməyə hazırlaşan Con Kerri məhz bu yolu özünə ideal qazanc mənbəyi hesab edir. Elə bu səbəbdən də erməni lobbisinin maraqlarına hesablanmış absurd bəyənatla çıxış etməyi özünə rəva bilib. Belə ki, ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil. O hesab edir ki, Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şərait hələ yaranmayıb: "Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər".
"Rusiya və ABŞ-sız sülh olmayacaq"
Rusiya və ABŞ arasında anlaşma və razılıq olmadan Suriyada atəşkəsin və ya zorakılığın azalacağına dair ümidlər yoxdur.
Olland eks-prezidentlərin pulunu kəsdi
Fransa prezidenti Fransu Olland sabiq prezidentlərin saxlanılmasına dövlət büdcəsindən ayrılan xərcləri ixtisar etmək barədə fərman imzalayıb.
“GMO-ya yox deyək”
“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Genetik Modifikasiya Olunmuş məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbirini Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə keçirib. “GMO-ya yox deyək!” adlı dəyirmi masada çıxış edən liseyin direktoru Səidə Zeynalova təmsil etdiyi təhsil müəssisənin tarixindən bəhs edib, onun yenicə təmir olunduğunu və təhsil üçün gözəl şərait yaradıldığını vurğulayıb.
Qətlin üstü “isti izlər”lə açılıb
Paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılmışdır.
Şəhidliklə vətənpərvərlik arasındakı körpü
Mən universitetdə oxuyanda hərbi kafedra var idi, tələbələrə həftədə iki dəfə hərbi dərs keçirilirdi. Hərbi xidmətdən gələn oğlanlar bu dərslərdə bir daha hərbin sirrlərini öyrənir, 18-20 yaşlılar isə hərbin bəzi elementləri ilə tanış olur, bir növ əsgəri xidmətə hazır olurdular. Orta məktəbdə hərbin əlifbasını öyrənmiş tələbə oğlanlar bu dərslərdə peşəkar hərbçilərdən çox şey öyrənirdilər.
Azərbaycanda 24 nəfərə sümük iliyi köçürülüb
Azərbaycanda indiyə kimi 24 nəfərə sümük iliyi köçürülüb. Trend-in məlumatına görə, bunu Baş hematoloq Çingiz Əsədov deyib.
QMİ-dən Mübariz Qurbanlının açıqlamasına ilginc REAKSİYA
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdən danışarkən Məhərrəm ayında dini ayinlər zamanı evlərdə toplaşmağın, küçələrə çıxmağın yolverilməz olduğunu açıqlayıb.

.jpg)
.jpg)











