Azərbaycanda 24 nəfərə sümük iliyi köçürülüb

Azərbaycanda indiyə kimi 24 nəfərə sümük iliyi köçürülüb. Trend-in məlumatına görə, bunu Baş hematoloq Çingiz Əsədov deyib.

Azərbaycanda indiyə kimi 24 nəfərə sümük iliyi köçürülüb.

Trend-in məlumatına görə, bunu Baş hematoloq Çingiz Əsədov deyib.

Azərbaycanda sümük iliyinin transplantasiyasına 2014-cü ilin mayın 9-dan başladıqlarını deyən C.Əsədov qeyd edib ki, sümük iliyi köçürülən şəxslərin 20-si böyük talassemiya, 4-ü aralıq talassemiya xəstəsi olub: "Bütün köçürmələr uğurla başa çatıb. Bu xəstələrə sümük iliyi köçürüldükdən sonra onların heç birinə nə qan köçürülüb, nə də dəmirqovucu preparat verilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31