“GMO-ya yox deyək”
“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Genetik Modifikasiya Olunmuş məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbirini Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə keçirib. “GMO-ya yox deyək!” adlı dəyirmi masada çıxış edən liseyin direktoru Səidə Zeynalova təmsil etdiyi təhsil müəssisənin tarixindən bəhs edib, onun yenicə təmir olunduğunu və təhsil üçün gözəl şərait yaradıldığını vurğulayıb.
5 Oktyabr 2016 17:07 SosialQHT liseydə tədbir keçirib
"Müasir İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Genetik Modifikasiya Olunmuş məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili" layihəsi çərçivəsində növbəti tədbirini Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə keçirib. "GMO-ya yox deyək!" adlı dəyirmi masada çıxış edən liseyin direktoru Səidə Zeynalova təmsil etdiyi təhsil müəssisənin tarixindən bəhs edib, onun yenicə təmir olunduğunu və təhsil üçün gözəl şərait yaradıldığını vurğulayıb.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mübariz Göyüşlü GMO-nun zərərlərindən və onun milli təhlükəsizliyimizi təhdid etməsindən danışıb. M.Göyüşlü ictimaiyyəti, xüsusən də ziyalıları bu problemlə aktiv mübarizəyə səsləyib. Layihə çərçivəsində buklet, kitab nəşr olunduğunu deyən çıxışçı gələcəkdə bu işlərin daha da genişləndirilməli olduğunu qeyd edib. O, GMO-nun qanunla qadağan olunduğunu, prezident İlham Əliyevin bununla bağlı sərəncam imzaladığını da vurğulayıb. Cebhe.info
Tibb Universitetinin dosenti Rəşid Mahmudov cəmiyyətimiz üçün mövcud olan təhlükələrdən danışıb. O, bu sırada GMO-nun ilk sırada dayandığını, gələcəkdə çox böyük bəlalar törədəciyini qeyd edib. R.Mahmudov ciddi fəsadlar törədən yod çatışmazlığından ətraflı bəhs edərək hər kəsi diqqəti buna yönəltməyə çağırıb. Onun sözlərinə görə, hər kəs bu istiqamətdə birləşməli və çox ciddi çalışmalar ortaya qoymalıdır.
Təhsil Nazirliyinin əməkdaşı Afət Süleymanova hazırda icra etdikləri "Sağlam təhsil, sağlam millət" layihəsi haqqında ətraflı bəhs edib. O, bu layihənin Bakı və Sumqayıt şəhərlərindəki 35 məktəbi əhatə etdiyini açıqlayıb. A.Süleymanova gələcəkdə hər iki layihəni icra edənlərin birgə fəaliyyət göstərməsini də təklif edib.
Tibb Universitetinin dosenti Şəhla Balayeva şagirdlərin düzgün qidalanma problemlərindən söz açıb. O, yanlış qidalanmanın immuniteti, zehni inkişafı zəiflətdiyini qeyd edib, şagirdləri fastfood və s. kimi zərərli qidalardan istifadə etməməyə çağırıb. "Cümhuriyyət" qəzetinin redaktoru Elman Cəfərli medianın bu istiqamətdə görməli olduğu işlərdən söz açıb. Qeyd edib ki, qlobal problem olan GMO-lu məhsullardan istifadə məsələsi hər kəsi narahat etməli, QHT-lər, media, ictimaiyyət birgə maarifləndirmə işləri aparmalıdır.
Gənc araşdırmaçı Nuran Gündüzoğlu slaydlı təqdimatla GMO-nun zərərləri, 3D printeri ilə istehsal olunan qidaların yarada biləcəyi problemlərdən ətraflı bəhs edib.