Gündəm
Prezident İlham Əliyev Rumıniya və Qətərin yeni səfirlərinin etimadnamələrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Dan İankunun etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev: "Azərbaycan-İran münasibətləri ən yüksək səviyyədədir"
Prezident İlham Əliyev oktyabrın 5-də İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.
“Sovetski”nin növbəti köçürülmə planı: Evlərə görə nə qədər pul ödəniləcək?
"2014-cü ilin əvvəlindən Bakı şəhərinin Baş Planına uyğun olaraq, Yasamal rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, eləcə də yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə "Sovetski" adlandırdığımız ərazidən köçürülmə tədbirlərinə başlanılıb. Bu müddət ərzində 3827 yaşayış və qeyri-yaşayış sahəsi bu ərazidən artıq köçürülüb".
Azərbaycanlıların Cümə məscidində toplanması qadağan edildi
Moskva Müsəlmanları Ruhani İdarəsi Rusiya paytaxtındakı Cümə məscidində baş verən hadisəylə əlaqədar azərbaycanlıların məktubuna rəsmi cavab verib.
Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda aparıcı sahəyə çevrilir
Oktyabrın 4-də Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində şimal bölgəsində turizmin mövcud vəziyyətinə, turizm rekreasiya zonalarının inkişafına həsr olunan regional müşavirə keçirilib.
MDB iştirakçı-dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının XXXI iclasında Nazirlik təmsil olunur
5-6 oktyabr 2016-cı il tarixində Qazaxıstan Respublikasının Astana şəhərində MDB iştirakçı-dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının XXXI iclası təşkil olunur və burada “MDB iştirakçı-dövlətlərinin mədəniyyət sahəsində 2016-2020-ci illərdə əməkdaşlığının əsas tədbirləri”nin icrası haqqında”, “MDB iştirakçı-dövlətlərində mədəniyyət sahəsində Müstəqil Dövlətlər Birliyinin 25 illiyinə həsr edilmiş tədbirlər haqqında” və digər bu kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyini tədbirdə Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edir.
"Azərbaycan Respublikasının Geoiqtisadi Atlası" nəşr edilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən "Azərbaycan Respublikasının Geoiqtisadi Atlası ingilis dilində nəşr edilmişdir. Üç hissədən ibarət olan bu atlasda Azərbaycan Respublikasının iqtisadiyyatı və xarici ticarət əlaqələri haqqında ümumi göstəricilər, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar və dünya iqtisadiyyatında böyük paya sahib olan dövlətlər ilə iqtisadi əlaqələri, regional, qlobal enerji və nəqliyyat layihələrində Azərbaycanın rolu və mövqeyi haqqında məlumatlar əksini tapmışdır.
Lahıcda qorxunc həşəratlar yayılıb – VİDEO
İsmayıllı rayonunun Lahıc qəsəbəsindəi mənşəyi bilinməyən həşəratlar peyda olub. Bu barədə qəsəbə sakinləri məlumat veriblər.
Putin "Rosatom"un direktorunu işdən çıxardı
Rusiya prezidenti Vladimir Putin "Rosatom" (Rusiya Dövlət Nüvə Enerji Şirkəti) korporasiyasının baş direktoru Sergey Kiriyenkonu prezident administrasiyasının başçısının birinci müavini təyin edib.
Dünyanın müxtəlif ölkələrində məktəblilərin günorta yeməyi
“Sweetgreen” restoranlar şəbəkəsi bütün dünyada şagirdlərin günorta yeməyini müqayisə etmək qərarına gəlib.
81 nəfəri aldadan dələduz bankirin atasının növbəti oyunu
Bu gün Ali Məhkəmədə “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 81 nəfərin milyonlarla manat pulunu mənimsəməsi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
ABŞ zabiti: "Türkiyə ordusunun İraqda olması qeyri-qanunidir"
İraq ərazisində olan Türkiyə hərbçiləri İraq hökumətinə İŞİD ilə mübarizədə dəstək verən beynəlxalq koalisiya qüvvələrinə daxil deyil.
İraq baş nazirindən Türkiyə açıqlaması - Müharibə proqnozu verdi
Türkiyənin İraqdakı hərbi əməliyyatları daha bir il uzatması ilə bağlı iki ölkə arasında gərginlik son həddə çatıb.
Putin: "Narışkin yaxşı kəşfiyyatçıdır"
Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada Xarici Kəşfiyyat İdarəsinin mənzil qərargahına gələrək kollektivə qurumun yeni rəhbəri Sergey Narışkini təqdim edib.
Norveçin məşhur ulduzu Bakıya gəlir
Norveçin dünyaca məşhur Tord Qustavsen kvarteti Bakıda konsert proqramı ilə çıxış edəcək.SİA-nın məlumatına görə, oktyabrın 26-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutacaq.














