Gündəm

Ərdoğanın müşaviri "FETÖ" ilə mübarizəyə görə Azərbaycan hökumətinə təşəkkür etdi

5 Oktyabr 2016 15:41

“Hər bir ölkədə böyük islahatlar aparılması üçün mütləq Konstitusiyaya əlavə və dəyişiklik edilməkidir. Ana qanunun dəyişdirilməsi üçün isə mütləq referendum keçirilməlidir”

Ermənistan ordusunda qətl və intihar hallarının sayı 4 dəfə çoxalıb

5 Oktyabr 2016 15:40

Ötən illə müqayisədə 2016-cı ildə Ermənistan ordusunda qətl və intihar halları 4 dəfə çoxalıb.

Deputat: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı milyardlarla gəlir gətirəcək"

5 Oktyabr 2016 15:26

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı milyardlarla gəlir gətirəcək. Trend bildirir ki, bunu jurnalistlərə Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması nəqliyyat sahəsində böyük bir layihədir ki, bu da Azərbaycanda ilk azad ticarət zonasının yaradılmasına imkan verəcək.

Evdən 5 min manatlıq qızıl aparanlar saxlanıb

5 Oktyabr 2016 15:25

Gənxədə oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 1-də rayon sakini Vüqar Quliyevə məxsus evdən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib. Belə ki, Gəncə şəhər sakini Vasif Niyazlı tutulub, daha bir nəfər isə müəyyən edilib.

Kollecdən 34 noutbuk aparan tutulub

5 Oktyabr 2016 15:23

Bakı İdarəetmə və Texnologiya Kollecində oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd noutbuk, 3 ədəd proyektor və monitor oğurlanıb. Oğurluqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev tutulub.

Qadının pul kisəsini aparanın qolları qandallanıb

5 Oktyabr 2016 15:22

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də Bakı şəhər sakini Leyla Bədəlovanın içərisində pul və sənəd olan pul kisəsini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Zaur İsgəndərov tutulub.

Biləsuvarda qoyun oğrusu tutulub

5 Oktyabr 2016 15:21

Biləsuvar rayonunda qoyun oğurluğu ilə məşğul olan şəxs ələ jeçib. DİN-dən verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da rayon sakini Ceyhun Şahbazova məxsus 11 baş qoyunu oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü – həmyerlisi Əlisa Mirzəyev tutulub.

Abşeronda cibgir saxlanıb

5 Oktyabr 2016 15:20

Abşeron rayonunda baş vermiş oğurluğun üstü 7 aydan sonra açılıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 6-da rayon sakini İlham Məmmədovun cibindən 3500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Yaşar Kərimov tutulub. Araşdırma aparılır. 

Rəsul Çunayev: "Pulun yoxdursa, salam da vermirlər"

5 Oktyabr 2016 15:19

Evlənmək istəyirəm, nə qədər başqasının uşağını oynatmaq olar Azvision.az-ın müsahibi Azərbaycanın tanınmış yunan-roma güləşçisi Rəsul Çunayevdir. Təkcə qələbələri, qazandığı adlarla deyil, rəqsi, etdiyi jestlərlə daima diqqət mərkəzində olan Çunayev müsahibədə şəxsi həyatı ilə bağlı maraqlı məqamlardan, tarixə düşən qələbələrindən söz açıb.

Mais Səfərli: “Belə məsələlər varsa, həmin şəxslər ciddi şəkildə cəzalana bilər” RƏY

5 Oktyabr 2016 15:16

“Həm də, AXCP sədri Əli Kərimli və Arif Hacılı partiya vəsiqələrini 1500-2000 dollara satmaqla maddi durumlarını saxta yolla əldə olunan pullar hesabına bir qədərdə düzəltməyə çalışırlar”. Bu fikirləri “Yurddaş” partiyasının sədri Mais SəfərliSİA-ya açıqlamasında bu cür fəaliyyət yolu tutan müxalif partiya sədrlərinin hərəkətlərini biabırçılıq adlandırdı: “Bu gün Avropa ölkələrinə çoxlu sayda müxalifət adı altında insanlar üz tutur. Bəlli olur ki, həmin ölkələrə üz tutan şəxslərin bir qismi guya radikal müxalifət partiyalarının üzvləridir. Guya həmin şəxslərin Azərbaycanda hüquqları pozulur. Avropa ölkələrinə gedən şəxslər hesab edirlər ki, getdikləri ölkə onlar üçün daha yaxşı olacaqdır. Ümumiyyətlə, bəzi şəxslərin müxalifət adı ilə Avropa ölkələrinə gedərək orada Azərbaycan haqqında reallığı özündə əks etdirməyən fikirlər səsləndirməsi çox pis bir haldır. Yəni azərbaycanlı bir vətəndaşın pul əldə etmək xatirinə bu cür hərəkətlərə əl atması utancverici haldır”.

Bacısı Mətanət İsgəndərlinin "MTN"lə bağlı SİRRİNİ AÇDI: "Mənə qadağa qoyub ki..."

5 Oktyabr 2016 15:12

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin MTN-in agenti adlandırdığı əməkdar artist Mətanət İsgəndərlinin bacısı Təranə İsgəndərli bu məsələ ilə bağlı susmasının səbəbini açıqlayıb.

Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib

5 Oktyabr 2016 15:08

Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Txin Çjo qərar imzalayıb.

Azərbaycan ilə Özbəkistan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib

5 Oktyabr 2016 15:07

Özbəkistanda rəsmi səfərdə olan Müdafiə naziri Zakir Həsənov özbək həmkarı Kabul Berdiyev ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, general-polkovnik Z.Həsənov əvvəlcə xalqlarımız arasında çoxəsrlik dostluq ənənələrinin gücləndirilməsində və qarşılıqlı dəstəklənməsində əvəzsiz xidmətləri olmuş Prezident İslam Kərimovun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.

Pirallahı yolu yenidən qurulur

5 Oktyabr 2016 15:04

Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə start verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tikinti işləri çərçivəsində rayon mərkəzinə gələn avtomobil yolun və mərkəzi küçənin yenidən qurulması nəzərdə tutulub. Ümumilikdə sözügedən avtomobil yolunun və yolun davamı olaraq Səməd Vurğun küçəsinin uzunluğu 8 km, mövcud eni isə 6-7 metr təşkil edir.

Elşad Paşasoy: “Arif Hacılı başqanlıqdan əl çəkən deyil”

5 Oktyabr 2016 15:02

“Mən Müsavatdan istefa verən çoxsaylı insanların əvəzindən danışa bilmərəm. Öz tərəfimdən deyə bilərəm ki, mən Arif Hacılının başqanlığı dövründə Müsavatın vitrinində olan bir çox dəyərli insanların təşkilatdan getməsinə yönəlik siyasətin aparılmasına dözdüm. Lakin onun “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və burada çalışan, Müsavat Partiyasında xidmətləri olan bir çox həmkarlarımıza sayğısız münasibətə, qəzetlə faktiki olaraq ədavət aparmağa həvəsli olmasına etiraz edərək partiyadan istefa verdim”.