Gündəm
NATO PA-nın prezidenti Siyavuş Novruzovun suallarına cavab verə bilmədi
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci illik sessiyasında çıxışı zamanı NATO PA-nın prezidenti Maykl R.Turnerə sual ünvanlayıb.
Bəyin sevgilisi toya gəlib dava saldı - VİDEO
Sosial mediada Qanada keçirilən bir toydan maraqlı görüntülər yayılıb. Olaylar.az axşam.az-a istinadən bildirir ki, bir bəy və gəlin nikahlarında evlilik andı içdikləri zaman ortalıq qarışıb. Bəyin gizli eşq yaşadığı bir qadın gəlinin geyindiyi libasın eynisini geyinmiş vəziyyətdə məclisə gəlib. Üzərində mikrofon olan qadın bəyin etdiklərini danışaraq toyda qalmaqal yaranıb.
Gəncədəki universiterlərdə “1inci klub”un təqdimatı keçirilib
"Gəncə - 2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional ofisi Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təhsilə dəstək kampaniyası olaraq gəncləri, əsasən də tələbələri hədəf götürən “1inci club” layihəsinin növbəti təqdimat mərasimlərini keçirib.
XİN-in mətbuat katibi BDU-da ingilis dilində mühazirə oxuyub
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin ingilis dili qruplarının tələbələrinə mühazirə oxuyub. Dekan, professor Cahangir Məmmədli Hikmət Hacıyevi salamlayaraq onu fakültədə görməkdən məmnunluğunu ifadə edib, fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, 2000-ci ildən Xarici İşlər Nazirliyində çalışan Hikmət Hacıyev qurumun Təşkilatlar və Təhlükəsizlik Problemləri idarələrində, Azərbaycanın NATO yanında nümayəndəliyində, Küveyt və Misirdəki səfirliklərində çalışıb. 2014-cü ildən XİN-in mətbuat xidmətinin rəhbəridir.
UNEC alimi SABAH qruplarının İqtisad Universitetinə müsbət təsirlərini təhlil edib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əlaqələr və Proqramlar üzrə prorektoru Şahin Bayramovun İsveçrədə dərc olunan “Diva International” jurnalının rəsmi saytında “Azərbaycan ali təhsilində elit qruplar” adlı məqaləsi dərc olunub.
AMEA Naxçıvan Bölməsinin www.ameanb.nakhchivan.az internet saytının yenilənməsi üzərində işlər aparılır
AMEA Naxçıvan Bölməsinin internet saytı 2010-cu ildən fəaliyyət göstərir. Veb saytda bölmənin yaranma tarixi, rəsmi sənədlər, təşkilatın əsas fəaliyyətinin istiqaməti, institutların ünvanları, strukturu, elmi nəticələri, eyni zamanda alimlər, elmlər doktorları, AMEA-nın həqiqi və müxbir üzvləri, gənc alimlər, dissertantlar, qrant layihələri haqqında əhatəli məlumatlar verilib. Bununla yanaşı saytda bölmənin müxtəlif profilli institutlarında elmi-tədqiqat işləri aparmış əməkdaşların əldə etdiyi elmi nəticələr və nəşr olunmuş elmi əsərlər, o cümlədən kitablar, monoqrafiyalar, məqalələr öz əksini tapıb.
"Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib
Noyabr ayının 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr edilmiş tədbir və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kür - Xəzər" Xeyriyyə İctimai Birliyi tərəfindən icra olunan “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində ADPU-nun təşkilati dəstəyi ilə "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib.
Beynəlxalq sənədin qəbulunda ölkəmizin müsbət təcrübəsi nəzərə alınmışdır
Noyabrın 17-18-də Fransanın Strasburq şəhərində Avropa Şurası nəzdində fəaliyyət göstərən Avropa Prokurorlarının Məşvərətçi Şurasının 11-ci plenar iclası keçirilmişdir. İclasda 2015-ci ilin noyabr ayından ötən bir il ərzində müxtəlif beynəlxalq tədbirlərdə qurumun fəaliyyətinin işıqlandırılmasına nəzər yetirilmişdir.
Fəxrəddin Manafov: "Meral Konratın nə dediyi mənə maraqlı deyil"
"Meral Konratın nə dediyi mənə maraqlı deyil". Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında xalq artisti Fəxrəddin Manafov Meral Konratın müsahibəsində onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Akif Çovdarovun məhkəməsində zərərçəkmişlər dindirilir - YENİLƏNİB-1
Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yəhudi alimdən Türkiyə ilə bağlı ŞOK PROQNOZLAR
ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) “kölgəsi” olaraq tanınan “Stratfor” analitik şirkətinin qurucusu, yəhudi alim Corc Fridman çaşdırıcı bəyanatlarını davam etdirir. Publika.az xəbər verir ki, “Yeni söz” nəşri onun Türkiyənin gələcəyi ilə bağlı bəyanatlarını analiz edib.
UNO-ların paradı: yadplanetlilərin şok görüntüləri - VİDEO
ABŞ-da Miçiqan gölünün üzərində sirli uçan obyektlərin paradının videogörüntüləri çəkilib.
Bakıda əhaliyə zəhərli dini disklər paylanılır
Sosial şəbəkələrdə bəzi şəxslərin evlərə Quran surələrinin əks olunduğu disklər payladığı haqda məlumat yayılıb.
AST Telmanın qardaşı həbs olundu - YENİLƏNİB - VİDEO
Moskvaətrafı Mojaysk Şəhər Məhkəməsi tanınmış iş adamı Telman İsmayılovun moskvalı biznesmenlərin qətlində təqsirləndirilən qardaşı Rafiq İsmayılovun həbs müddətini fevralın 16-dək artırıb.
İnsan belə yaranır: 4 dəqiqəlik- VİDEO
Təqdim edəcəyimiz bu 4 dəqiqəlik videoda uşağın rüşeymdən doğuşuna kimi olan prosesi görə bilərsiniz.














